Hindistan nümayəndəsi: WUF13 əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır VİDEO
Bakı, 18 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bilik və təcrübə mübadiləsi, dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən WUF13-də iştirak edən Hindistan nümayəndəsi Anita Çinnala deyib.
O bildirib ki, WUF13-də iştirak və müxtəlif sessiyalara qatılmaq onun üçün dəyərli təcrübədir."Tədbirdə xüsusilə qadınların səlahiyyətləndirilməsi və sosial inkişaf mövzuları müzakirə olunur. Forum ölkələr arasında bilik mübadiləsinə və şəhərlərin dayanıqlı inkişafına töhfə verir. Şəhər inkişafında iqlim dəyişikliklərinə uyğunlaşma, su və tullantıların düzgün idarəolunması kimi məsələlər əsas prioritetlərdir. Azərbaycanın belə beynəlxalq platformaya ev sahibliyini müsbət qiymətləndirirəm", - deyə Anita Çinnala vurğulayıb.