Hindistanda avtobus qəzasında 4 məktəbli ölüb, 12-si yaralanıb
Bakı, 3 aprel, AZƏRTAC
Hindistanın şimalındakı Uttar-Pradeş ştatının Barabanki rayonunda məktəb avtobusunun aşması nəticəsində dörd uşaq ölüb, 12-si yaralanıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, avtobusun sürücüsü motosikletlə toqquşmadan yayınmağa cəhd edərkən idarəetməni itirərək aşıb.
Qəza zamanı avtobusda 40-a yaxın məktəblinin və altı müəllimin olduğu bildirilir. Yerli polisin məlumatına görə, yaralılar yaxınlıqda yerləşən tibb müəssisələrinə çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]