Hindistanda koronavirusa rekord gündəlik yoluxma qeydə alınıb
Bakı, 8 aprel, AZƏRTAC
Hindistanda son sutka ərzində koronavirusa rekord sayda - 126 min 315 yoluxma faktı qeydə alınıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda Hindistanda yoluxanların ümumi sayı 12 milyon 928 min nəfəri ötüb. Ölkə yoluxma hallarının sayına görə dünyada üçüncü yeri tutur.
Həmçinin ötən sutka ərzində Hindistanda 684 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib, ölənlərin ümumi sayı 166 min 892 nəfərə çatıb. Hazırda 910 min 264 nəfərin müalicəsi davam edir, 11 milyon 848 min nəfər isə sağalıb.
Ölkədə ən çox yoluxma Maharaştra ştatında qeydə alınıb. Ötən sutka ərzində burada 59,9 min yoluxma halı aşkarlanıb. Bir qədər öncə yerli hakimiyyət orqanları ştatda gecələr komendant saatı rejiminin uzadılması barədə qərar qəbul edib.
Çxattisqarh ştatında 10 min 310, Karnatake ştatında 6 min 976, Uttar Pradeş ştatında 6 min, Dehlidə isə 6 min yoluxma qeydə alınıb.
Qeyd edək ki, Hindistanın səhiyyə naziri Harş Vardhan növbəti dörd həftənin infeksiya ilə mübarizədə çox mühüm dövr olduğunu deyib və ölkə əhalisini qoruyucu maska taxmaq və sosial məsafəni gözləmək kimi tədbirlərə etinasız yanaşmamağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]