Hindistanda ötən gün COVID-19 səbəbindən 757 ölüm qeydə alınıb
Pekin, 25 iyul, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 səbəbindən 757 ölüm qeydə alınıb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 31 min 358-ə çatıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə yeni növ koronavirusa 48 min 916 yoluxma faktı aşkarlanıb. Son 3 sutkada gündəlik yoluxma sayı 45 mindən çox olub.
Bildirilir ki, Hindistanda indiyədək 1 milyon 336 min 861 nəfər virusa yoluxub. Onların təxminən 63 faizi sağalıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharaştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]