Hindistanın sabiq prezidentinin ölümü ilə əlaqədar Banqladeşdə birgünlük matəm elan olunub
Bakı, 1 sentyabr, AZƏRTAC
Hindistanın sabiq prezidenti Pranab Mukercinin vəfatı ilə əlaqədar qonşu Banqladeşdə bir günlük matəm elan olunub.
AZƏRTAC Banqladeş KİV-lərinə istinadla xəbər verir ki, sentyabrın 2-də Banqladeşdə bütün binalarda dövlət bayrağı yarıyadək endiriləcək.
Qeyd edək ki, xəstəxanada 21 gün müalicə alan Hindistanın sabiq prezidenti Pranab Mukerci avqustun 31-də vəfat edib. O, avqustun 10-da trombun çıxarılması üçün əməliyyat olunub. Bundan başqa, sabiq prezidentdə koronavirus aşkarlanmışdı. Pranab Mukercinin ölümü ilə əlaqədar vətənində 7 günlük matəm elan edilib.
Sentyabrın 1-də sabiq prezidentin evində vida mərasimi keçirilib. Hindistan Prezidenti Ram Nat Kovind və Baş Nazir Narendra Modi vida mərasimində iştirak ediblər.
Ölkəsində çox böyük hörmətlə anılan Pranab Mukerci karyerasına müəllim kimi başlayıb, daha sonra jurnalist işləyib. Ölkə parlamentinə 7 dəfə deputat seçilən Pranab Mukerci sonralar Maliyyə, Müdafiə və Xarici İşlər naziri vəzifələrində çalışıb. O, 2012-2017-ci illərdə Hindistanın prezidenti olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]