“Hizbullah” Livanın cənubuna edilən hücuma cavab olaraq İsrail qüvvələrini atəşə tutub
Bakı, 23 aprel, AZƏRTAC
“Hizbullah” qruplaşması Livanın cənubundakı kəndə edilən hücuma cavab olaraq İsrail qüvvələrinə məxsus nəqliyyat vasitəsinə atəş açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın sosial media hesabında dərc olunmuş bəyanatda deyilir. Bəyanatda “Hizbullah” döyüşçülərinin ölkənin cənubundakı El-Qantara kəndində “Hummer” avtomobilinə hücum etdiyi bildirilir. Hərəkat hədəfin məhv edildiyini vurğulayır.
Qeyd edək ki, aprelin 17-də tərəflər arasında 10 günlük atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, İsrailin Livanın cənubundakı bir kəndə hücumu nəticəsində iki nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]