Hokkaydo prefekturası yeni koronavirusla bağlı tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edir
Tokio, 19 mart, AZƏRTAC
Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturası yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ötən ay tətbiq etdiyi fövqəladə vəziyyət rejimini ləğv etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə prefekturanın qubernatoru Naomiçi Suzuki məlumat verib. Qubernator bildirib ki, fövqəladə vəziyyət rejiminin üç həftə davam edəcəyi barədə qərarın müddəti martın 19-da başa çatır. Hokkaydoda fövqəladə vəziyyət rejiminin fevralın 28-də tətbiqinə başlanılıb.
N.Suzukinin bildirdiyinə görə, fövqəladə vəziyyət rejiminin tətbiqi nəticəsində Hokkaydoda virusun kütləvi şəkildə yayılması ilə bağlı təhlükənin qarşısı alınıb.
Eyni zamanda, qubernator sosial və iqtisadi fəallıq saxlanaraq virusun yayılmasının qarşısının alınmasının balanslaşdırılmış modelinin yaradılmasına ehtiyac olduğunu da bildirib.
N.Suzuki, həmçinin qeyd edib ki, “Tokio 2020” Olimpiya Oyunları çərçivəsində Sapporoda keçirilməsi nəzərdə tutulan marafon və idman yerişi üzrə yarışlarla bağlı hazırlıq işləri davam etdiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]