Hollivudun minlərlə kino və televiziya ssenaristi tətil elan edib
Bakı, 2 may, AZƏRTAC
Amerika Ssenaristlər Gildiyası (ASG) və məşhur Hollivud studiyaları əməkhaqqının səviyyəsi barədə razılığa gələ bilmirlər.
AZƏRTAC euronews.com saytına istinadla xəbər verir ki, bu səbəbdən Hollivudun minlərlə kino və televiziya ssenaristi tətil elan edib.
ASG ilə Walt Disney, Netflix və bu kimi digər studiyalar arasında müqavilənin müddəti mayın 1-də başa çatıb. Tərəflərin yeni razılaşma əldə etmək üçün son bir neçə həftə ərzində apardığı danışıqlar hələlik heç bir nəticə verməyib. Gildiyanın statistikasına əsasən, hazırda seriallar üçün ssenari yazanların 50 faizi minimum əməkhaqqı ilə işləyir.
On beş il əvvəl sonuncu belə tətil 100 gün davam etmiş və Kaliforniya iqtisadiyyatına 2 milyard dollardan çox ziyan vurmuşdu.
Danışıqlar masasındakı digər məsələ süni intellekt barədədir. Həmkarlar İttifaqı yeni ssenarilər hazırlamaq üçün süni intellektdən istifadənin dayandırmasını istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]