Honkonq polisi narkotik qaçaqmalçılarından 700 kiloqram kokain müsadirə edib
Pekin, 6 aprel, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisində polis narkotik maddə qaçaqmalçılarından rekord miqdarda - 700 kiloqram kokain müsadirə edib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, müsadirə edilmiş narkotik maddənin dəyəri təxminən 120 milyon ABŞ dollarıdır.
Polisin məsələyə dair açıqlamasında deyilir ki, COVID-19 pandemiyası dövründə səyahətlərin məhdudlaşması narkotik maddələrin ayrı-ayrı şəxslər vasitəsi dövriyyəsinə çətinlik yaradıb. Qaçaqmalçılar riskə gedərək, narkotik maddələri iri həcmdə müxtəlif növ yükdaşımaları yolu ilə göndərməyə məcbur olublar. Bildirilir ki, polis əməkdaşları Fotan sənaye zonasında yük arabası sürən şəxsi saxlayıblar və karton qutularda 150 bağlama kokain aşkarlanıb. Əməliyyatın davamında həmin sənaye zonasında yerləşən mənzillərin birində əlavə 492 bağlama kokain müsadirə edilib. Əməliyyat zamanı 2 nəfər saxlanılıb.
Güman olunur ki, narkotik maddə Cənubi Amerikadan gəmilərlə Honkonqa gətirilib. Gəmi şəhərə çatmamış narkotik maddə sukeçirməyən çantalarda kiçik katerlərə yüklənərək, qeyri-qanuni yolla daşınıb.
Qeyd edək ki, Honkonq polisinin daha əvvəlki rekord narkotik maddə müsadirəsi 2012-ci ildə 649 kiloqram kokain aşkarlanarkən qeydə alınmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]