“Hou Yifan Challenge”: Günay Məmmədzadə 14-cü yeri tutub
Bakı, 22 sentyabr, AZƏRTAC
Şahmat üzrə “Hou Yifan Challenge” turnirinin son 4 turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında - 14-cü turda Yahli Sokolovskiyə (İsrail) qalib gəlib, növbəti turda Tingjie Lei (Çin) ilə heç-heçə edib, son iki turda isə Avonder Liang (ABŞ) və Volodar Murzinə (Rusiya) uduzub.
Şahmatçımız 17 turda əldə etdiyi 5 xalla 14-cü yerdə qərarlaşıb. Turnirin qalibi 13,5 xalla almaniyalı Vinsent Keymer olub.
Turnirdə iki - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [20:50]
Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
- 02.09.2026 [20:05]
Elvin Cəfərquliyev əməliyyat olunub
- 02.09.2026 [18:30]
Milli Paralimpiya Komitəsi paraatletika üzrə “Açıq qapı” günü keçirəcək
- 02.09.2026 [17:10]
Bakıda “SportAccord” sammitinin hazırlığı müzakirə olunub
- 02.09.2026 [17:06]
“Neftçi” Kenan Piriç ilə yollarını ayırıb
- 02.09.2026 [13:12]