Hüseynqulu Bağırov: Ətraf mühitin mühafizəsində cəmiyyət böyük rol oynayır
Bakı, 12 noyabr (AZƏRTAC). Ətraf mühitin mühafizəsində dövlət və hökumətlə yanaşı, cəmiyyət də böyük rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 12-də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası tərəfindən (IDEA) “Yaşıl həftə” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə müsahibəsində demişdir.
Nazir qeyd etmişdir ki, bəzi ölkələrdə düzgün aparılmayan siyasət nəticəsində Yer kürəsinin resursları insanları təmin edə bilmir. Bunun nəticəsində də insanlar gələcək nəsillərin payından istifadə etmiş olurlar.
H.Bağırov bildirmişdir ki, dövlətlər ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif layihələr həyata keçirsələr də, ən vacib məsələlərdən biri insanların təbiətə baxışlarının dəyişməsi ilə bağlıdır. Ekoloji problemləri böyük investisiyalar yatırmadan, sadəcə insanların təfəkkürünü dəyişməklə də həll etmək olar. H.Bağırov bu sahədə gənclərin üzərində böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]