“Hüseynqulu Sarabski arxivinin təsviri” – yeni nəşr
Bakı, 4 mart, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Hüseynqulu Sarabski arxivinin təsviri” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Nailə Səmədova kitabı tərtib edib, ona “Ön söz” yazıb.
Kitabda görkəmli aktyor, pedaqoq, ictimai xadim Hüseynqulu Məlik oğlu Sarabskinin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxiv materialları - əsərləri, toplayıb tərtib etdiyi materiallar, məktubları və ona ünvanlanan məktublar, ictimai fəaliyyətinə dair sənədlər, o cümlədən şəxsi və təsviri sənədləri, çap kitabları və digər müxtəlif məzmunlu nümunələr təsvir edilərək təqdim olunub.
Yeni nəşrin redaktoru dosent Könül Bağırova, dosentlər Aybəniz Rəhimova və Afaq Əliyevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]
AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
- 13.10.2026 [17:02]
MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]