“Hyundai” və KIA avtomobillərində oğurluğa qarşı proqram təminatı yenilənib
Bakı, 9 avqust, AZƏRTAC
Oğurluq hallarına qarşı proqram təminatı olan “Hyundai” və KIA avtomobillərində belə halların sayı əhəmiyyətli dərəcədə azalıb.
AZƏRTAC xəbər verir ki, proqram təminatı ötən ilin fevralında yenilənib.
Yeni proqram təminatı quraşdırılmış nəqliyyat vasitələrinin oğurlanması halları sığorta ödənişləri yenilənməmiş avtomobillərlə müqayisədə 64 faiz azdır.
2020-ci ilin əvvəlindən 2023-cü ilin ortalarına qədər ABŞ-da “Hyundai” və KIA modellərinin oğurluğu kəskin artıb. 2023-cü ildən əvvəl buraxılmış və düymə əvəzinə ənənəvi alışma ilə təchiz edilmiş köhnə modellər oğurluğa xüsusilə həssas idi.
200 milyon dollarlıq sövdələşmə çərçivəsində “Hyundai” və KIA 2023-cü ilin fevralından etibarən oğurluğa qarşı pulsuz proqram yeniləmələrini təklif edir. Bu günə olan məlumata görə, 2 milyondan çox “Hyundai” və KIA avtomobili yeniləmə əldə edib. Lakin 2023-cü ilin sonunda yeni proqram təminatı meyarlara cavab verən avtomobillərin yalnız 30 faizinə quraşdırılıb.
Hal-hazırda tələblərə uyğun olan “Hyundai” avtomobillərinin təxminən 61 faizinin proqram təminatını yeniləyib. Yeniləməni ala bilməyən modellər üçün “Hyundai” və KIA sükan kilidini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]