ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq
Qahirə, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatda mənzil-qərargahında böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin 300 illik yubileyi münasibətilə konfrans keçiriləcək. Tədbir ICESCO tərəfindən TÜRKSOY və Türkmənistan XİN-lə əməkdaşlıq şəraitində təşkil olunacaq.
AZƏRTAC ICESCO-ya istinadla xəbər verir ki, tədbirdə təşkilatın Baş direktoru, TÜRKSOY-un Baş katibi, Türkmənistanın nümayəndə heyəti, media və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Konfransda Fəraqinin həyat və yaradıcılığı, fəlsəfi fikirləri, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində rolu mövzuları müzakirə olunacaq. Konfrans çərçivəsində şairin həyatından bəhs edən sənədli film göstəriləcək. Tədbir qala-konsertlə yekunlaşacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]