İçərişəhərdə ağsaqqallar arasında nərd yarışmasına start verilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də İçərişəhərdə ağsaqqallar arasında “Oyunçu aparsın” adlı nərd yarışması təşkil edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 17-dək davam edəcək yarış ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə keçirilir.
Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak edirlər.
Qeyd edək ki, turnir “İçərişəhər” Ağsaqqallar Şurası, "Üçüncü Bahar" İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.