İğdırda Alim Qasımovun konserti olacaq
Ankara, 19 noyabr, AZƏRTAC
Türkiyənin İğdır şəhərində Azərbaycanın Xalq artisti Alim Qasımovun konserti olacaq.
AZƏRTAC xəbər verir ki, tanınmış muğam ustası noyabrın 23-də İğdır şəhərindəki Kazım Karabekir İdman Kompleksində çıxış edəcək.
İğdır vilayətinin valiliyi və “İğdır” Fondu azərbaycanlı muğam ustasının konsertinin təşkilinə dəstək veriblər.
Təşkilatçılar bildiriblər ki, İğdır vilayətinin sakinləri və qonaqları üçün konsertə giriş pulsuz olacaq.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]