III MDB Oyunları: Azərbaycanın iki qılıncoynadanı bürünc medalı təmin edib
Gəncə, 5 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində qılıncoynatma üzrə yarışlar davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın iki qılıncoynadanı bürünc medalı özləri üçün təmin edib. Valentina Zeynalova və Zərifə Hüseynova sablya növündə yarımfinala yüksəliblər.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.