İKİ FRANSIZ JURNALİSTİ GİROV GÖTÜRÜLMÜŞDÜR
“Əl-Cəzira” televiziyası vasitəsilə nümayiş etdirilmiş video süjetdəki girov götürülən jurnalistlərin avqustun 19-da Bağdadda yoxa çıxmış Fransa radiosunun əməkdaşı Kristian Kesno və “Lö Fiqaro” qəzetinin xüsusi müxbiri Jorj Malbrüno olduğu güman edilir.
Fransanın Xarici İşlər Nazirliyi və Yelisey sarayı ilk anlar girovlar barədə məlumatları olmadıqlarını bildirmişlər. Prezidentin mətbuat xidməti bu barədə diplomatik kanallar vasitəsilə tezliklə düzgün məlumat alınacağı barədə xəbər yaymışdır.
Nəhayət şənbə günü ölkənin Xarici İşlər Nazirliyi xəbərin doğruluğunu təsdiq etmiş və hər iki jurnalistin azad olunması üçün bütün vasitələrdən istifadə ediləcəyini bəyan etmişdir. Bəyanatda jurnalistlərin azad edilməsi ilə əlaqədar Fransanın Bağdaddakı səfirliyinin səfərbər olunduğu barədə məlumat verilmişdir.
Xatırladaq ki, fransız jurnalistlərini girov götürmüş “İraqdakı islam ordusu” İraqda girov götürdükləri italiyalı jurnalist Enzo Baldonini bir neçə gün bundan əvvəl qətlə yetirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]