Azərbaycan Dövlət İnformasiya Agentliyi

İki gün ərzində Riqada gördüklərimiz

Bakı, 19 noyabr, Emil Eyyubov, AZƏRTAC

Az şəhər tapılar ki, onunla tanış olmaq üçün iki gün kifayət etsin, lakin o demək deyil ki, buna cəhd etmək lazım deyil. Bəzən hətta şəhərin mərkəzində gəzişmək, bir-iki görməli məkana baş çəkmək bir həftəlik istirahətə bərabər təəssüratlar bəxş edə bilər.

Biz də Riqada natamam iki gün ərzində çox yer görməyə macal tapdıq: Köhnə şəhərin küçələrində gəzişdik, zooparkda olduq, Riqa parklarında dolaşdıq və Mərkəzi bazarda alış-veriş etdik.

Köhnə şəhər

Köhnə Riqa Latviya paytaxtının ən qədim hissəsi və mərkəzi, turistlərin sevimli istirahət və əyləncə yeridir. 1997-ci ildə Riqanın tarixi hissəsi UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. 

Köhnə Riqa üçün müxtəlif tipli tikililər səciyyəvidir, binaların çoxunun mədəniyyət abidəsi statusu var. XIII əsrdə inşa edilmiş ən qədim daş ev məhz burada yerləşir. Köhnə şəhərin arxitekturasında müxtəlif istiqamətlər - romantika və qotika, barokko və klassisizm üslublarında tikililər, modernizm nümunələri əks olunub. Latviyanın müstəqilliyi bərpa olunandan sonra onun tarixi simasını bərpa etmək üçün Köhnə şəhərdəki binaların çoxunda yenidənqurma işləri aparılıb, yaxud onlar yenidən inşa olunub.

Köhnə Riqanın küçə və meydanlarında hər zövqə uyğun çoxsaylı otel, restoran və kafelər yerləşir.

Bastion təpəciyi

Riqanı mübaliğəsiz parklar şəhəri adlandırmaq olar. Verman bağı, Kronvald Ziyedondarzs Parkı və bir çox digər bağlar şəhər landşaftının bəzəyidir. Şəhərin ən gözəl parklarından biri Basteykalns və ya Bastion təpəciyidir. 

Basteykalnsın dar cığırları, kölgəli xiyabanları, daş döşənmiş bağı və şəlalələr kaskadı Riqanın ən mənzərəli gəzinti yerlərindən biridir. Park düz Köhnə şəhərin yanında yerləşir. Onun əsrarəngiz mənzərələri uzun əsrlərdir riqalıların gözünü və ruhunu oxşayan cənnətməkandır.

Əslinə baxılırsa, parkın qalan ərazisi üzərində bir qədər ucalan Bastion təpəciyi insan əməyinin bəhrəsidir. Basteykalnsda bir necə səviyyədə xiyabanlar salınıb. Bu xiyabanlardan biri ilə təpəciyin başına çıxmaq, skamyada oturub qürub çağına və şəhərin arxayın həyatına tamaşa etmək, digəri ilə bütün parkdan keçib onun səfalı yerlərindən zövq almaq olar.

Təpəcikdən aşağı doğru şəlalələr kaskadı yerləşir. Parkda bir neçə abidə ucalır, insanların rahat istirahəti üçün hər addımbaşı skamyalar qoyulub.

Park boyunca şəhər kanalı axır, kanalın üzərindən daş körpülər salınıb. Onların bəziləri çox gözəl işıqlandırılıb.

Burada böyük ördək dəstələri toplaşır, tez-tez qu quşlarını görmək olar. Bəxtiniz gətirsə, parkın ən qeyri-adi sakinləri - qunduzlarla qarşılaşa bilərsiniz. Hava yaxşı olanda kanalda çay tramvayında və ya qayıqda üzmək olar. Körpü düz parkın yanında yerləşir.

İlin hər fəslində Bastion təpəciyində qələbəlikdir, lakin payızda buranın bir ayrı ab-havası var. Otelimiz düz Basteykalnsın qarşısında yerləşir. Rəngarəng yarpaqlardan ibarət qalın xalı üzərində addımlamaq adama ləzzət edir.

“Grand Poet Hotel”

Gecələməli olduğumuz dəbdəbəli “Grand Poet Hotel” oteli Latviyanın “Semarah Hotels” şəbəkəsinin yeni məhsuludur. 

Otel Riqanın düz mərkəzində, Köhnə şəhər, Barıt qülləsi və Bastion təpəciyinin yaxınlığındakı Raynya küçəsində yerləşir. Odur ki, otel nömrələrinin pəncərələrindən necə gözəl mənzərələrin açıldığını təsəvvür etmək çətin deyil.

Otelin klassika, ar-deko və modern üslublarının ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən bənzərsiz dizaynı var. Yüz illik tarixi olan tikili əsaslı bərpa olunandan sonra gözəl təchizatlı müasir otelə çevrilib. Dizayn-oteldə cəmi 168 modern nömrə, o cümlədən 20 lüksdən ibarət unikal kolleksiya var.

Yüksək dərəcəli SNOB restoran, hovuzu, saunası və hamamı olan komfortlu SPA kompleks qonaqların istirahətdən sözün həqiqi mənasında ləzzət almasına xidmət edir.

Oteldə gecələmənin qiymətinə daxil edilən doyumlu səhər yeməyi yerli mətbəx barədə təsəvvür yaradır. Burada beynəlxalq mətbəx nümunələri ilə bərabər, Latviyaya şöhrət qazandıran geniş çeşiddə balıq yeməkləri, süd məhsulları, şirniyyat və digər yerli delikateslər təqdim olunub.

Mərkəzi bazar

Riqanın Mərkəzi bazarı təkcə yerli sakinləri deyil, turistləri də cəlb edir. Bazar Köhnə şəhərin yaxınlığında, Dauqava (Qərbi Dvina) çayının sahilində yerləşir.

Mərkəzi bazarın yaradılmasının zəruriliyi Riqa Ratuşasında hələ 1909-cu ildə müzakirə edilib. Tikinti işlərinə 1924-cü ildə başlanıb. Hazırda bazarda pavilyon kimi istifadə olunan binalar Riqanın simasının ayrılmaz hissəsinə və unikal əlamətinə çevrilib. Lakin bu tipli tikililər əvvəlcə Almaniya ordusunun hava gəmiləri - “zeppelinlər” üçün anqarlar kimi Kurzyomda və Vaynededə inşa edilib. Pavilyonların altında beton zirzəmilər - 2 hektar ərazidə keçidi 337 metr olan yeraltı şəhərcik salınıb. 1938-ci ildə 27 dondurucu kamerada çəkisi təqribən 310 min kiloqram olan 33 növ mal yerləşdirmək mümkün idi. Üç yeraltı tunel kanalın sahilinə çıxışlarla birləşdirilmişdi. Malları yuxarı yük liftlərində qaldırırdılar.

1930-cu ildə Riqada Mərkəzi bazarın təntənəli açılışı olanda o, nəinki Avropanın ən iri, həm də ən yaxşı və müasir bazarı sayılmışdı. Köhnə şəhərlə vahid məkan təşkil edən bazarın ərazisi 1997-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Burada ilboyu nə desən - geniş çeşiddə təzə balıq, qənnadı məmulatı, meyvə-tərəvəz, bal, qoz-fındıq və sair və ilaxır almaq olar.

Payızda piştaxtalar yerli fermerlərin məhsulları, habelə meşə giləmeyvələri və göbələklərlə dolu olur. Geniş çeşiddə hisə verilmiş balıqlara da diqqət yetirin. Belə balıq məhsullarını uzaq məsafəyə daşımaq üçün vakuumlu qablaşdırmadan istifadə etmək olar.

Riqa Mərkəzi bazarında keyfiyyətli məhsul almaqla bərabər, Latviyanın ənənələri, qidalanma və ticarət mədəniyyəti barədə zəngin təəssürat əldə etmək olar.

Riqa Motor Muzeyi

Riqa Motor Muzeyində Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük kolleksiyası təqdim olunub. 

Muzeyin ekspozisiyası müasir texnoloji həllər və multimedia vasitələri ilə hadisələr, insanlar və avtomobillər barədə maraqlı interaktiv söhbətdir.

Riqa Motor Muzeyi yenidənqurmadan sonra nəinki gözəl sərgi otaqlarına, rahat və abad əraziyə, həm də yeni və müasir ekspozisiyaya sahib olub.

Muzeyin 4 min kvadratmetrdən çox sahəsi olan ekspozisiyası üç mərtəbədə yerləşir. Burada Baltikyanı ölkələrdə qədim nəqliyyat vasitələrinin ən böyük və çoxplanlı kolleksiyalarından biri - 100-dən çox unikal avtomobil və motosiklet təqdim edilib. Ekspozisiya unikal nəqliyyat vasitələri, tanınmış şəxsiyyətlər və əhəmiyyətli tarixi hadisələr haqqında maraqlı söhbətdir.

Sərgi barədə məlumat müasir dizaynın, müxtəlif multimedia vasitələrinin köməyi ilə təqdim edilir. Ziyarətçilər müxtəlif interaktiv tədbirlərdə iştirak edə bilərlər. Müasir tərtibatda təqdim edilmiş tarixi texnika ilə tanışlıq Riqa Motor Muzeyinə ekskursiyanı maraqlı və unudulmaz hadisəyə çevirir.

Ziyarətçilərin özlərini rahat hiss etmələri və muzeylə ətraflı tanış olmaları üçün burada uşaqlar üçün oyun zonasında interaktiv tədbirlər, bələdçinin müşayiəti ilə maarifləndirici ekskursiyalar, kafe və suvenir mağazası kimi geniş çeşiddə xidmətlər təqdim olunub.

Riqa zooparkı

Riqanın ən yaşıl rayonunda - Mejaparkda 1912-ci ildən Riqa zooparkı yerləşir. Bura uşaqların və böyüklərin istirahəti üçün əla yerdir. Gölün yaxınlığında, şam ağaclarının kölgəsində darıxmadan bir neçə saat dincəlmək olar. Zooparkın girəcəyində ziyarətçiləri dünyanın müxtəlif dillərində, o cümlədən Azərbaycan dilində “Riqanın zoologiya bağına xoş gəlmisiniz!” sözləri ilə salamlayan bilbord qarşılayır. 

Zoopark ilboyu işləyir. Bura ilin hər fəslində maraqlıdır. Zoopark 11 nömrəli tramvayın dayanacağının yüz metrliyindədir.

Zooparkdakı heyvanlarla rahat tanış olmaq üçün bir neçə cığırdan birini seçmək lazımdır. Zooparkın lap girəcəyində tünd çəhrayı rəngli qızılqazların volyeri və məzəli suitilər olan kanal yerləşir. Sol tərəfdə Yeni Zelandiyadan gətirilmiş kazuar adlı parlaq rəngləri olan quş, sağ tərəfdə Şimal maralları məskunlaşıb.

Su quşlarına geniş ərazi ayrılıb. Ayrı-ayrı volyerlərdə yırtıcı quşlar, o cümlədən qriflər, kondorlar və çoxsaylı bayquş növləri saxlanılır.

Ekzotik heyvanlar - begemotlar, zürafələr, ipə-sapa yatmayan kenqurular zooparkın ən uzaq guşəsində məskunlaşıb. Döyüşkən lemurlar və oynaq surikatlar ziyarətçilərdə heyranlıq hissi doğurur. Pələnglər öz ərazilərində əzəmətlə dolaşır, ayılar isə əksinə ziyarətçilərin diqqətini cəlb etməyə çalışır.

Xüsusi mikroiqlimin yaradıldığı tropik meşədə cürbəcür həşəratlar və sürünənlər dolaşır, hovuzda timsahlar üzür. Riqa zooparkı suda-quruda yaşayanların sanballı kolleksiyasına malikdir. Bütün ekspozisiyalarla rahat tanış olmaq üçün təqribən 3-4 saat vaxt lazımdır.

Gəzinti gəmiləri

Riqanın tarixi mərkəzinə çay gəzintisi zamanı tamaşa etmək, şəhərin siluetini Dauqavadan seyr etmək istəyirsinizsə, gəzinti gəmilərinin birinin xidmətlərindən istifadə edə bilərsiniz. Məsələn, Riqa kanalında “Riga by Canal” gəmiləri hərəkət edir. 

Ən qocaman gəminin - “Darling”in 100 yaşı var, “Maria”, “Rebeka” və “Laima” adlı digər gəmilər onun nümunəsi əsasında inşa edilib. Gəmilərin quruluşu, onların suda rahat və ahənglə üzməsi şəhərin ən populyar görməli məkanları ilə tanışlığa şərait yaradır. Gəmilər körpüdən Bastion təpəciyinə doğru yola düşür. Gəzinti təqribən bir saat çəkir.

“Riga Sightseeing”

Digər paytaxt şəhərlərdə olduğu kimi, Riqada da ikimərtəbəli turizm avtobusları işləyir. Belə avtobuslar vasitəsilə ekskursiya şəhərin əsas görməli məkanları ilə qısa müddətdə tanış olmağın rahat və ucuz vasitəsidir. 

Ekskursiya iştirakçılarına 10 dildə audiobələdçilər təqdim olunur, habelə iki gün ərzində avtobusdan “Hop on - Hop off” sistemi ilə istifadə imkanı verilir. Yeddi əsas, on iki əlavə dayanacağı olan marşrut şəhərin 50-dən çox diqqətəlayiq məkanını, o cümlədən Köhnə şəhərin məşhur panoramını, Riqa qəsrini, Dauqava üzərindəki körpüləri, bulvarları və modern arxitekturanı, Mərkəzi bazarı, Riqa limanını və bir çox digər məkanları görmək imkanı yaradır.

Son söz yerinə

Riqadan Bakıya Latviyanın milli aviadaşıyıcısının - “airBaltic” aviaşirkətinin biznes-klass reysi ilə uçduq. Riqa aeroportu yığcamdır, burada istiqamətlənmək çətin deyil. Biznes-klass sərnişinləri təhlükəsizlik nəzarətindən çox sürətlə - bir neçə dəqiqəyə keçirlər. Reysi aeroportun biznes zalında vaxtı səmərəli keçirməklə gözləmək olar. Burada rahat kreslolarda oturmaq, isti yeməklər yemək, duş qəbul etmək və ya çarpayısı olan nömrə götürmək olar. Reys elan olunan kimi isə biznes-klass sərnişini olaraq təyyarəyə birincilər sırasında daxil olub öz kreslonuzda rahatlana bilərsiniz. 

Material hazırlanarkən Riqa Turizmin İnkişafı Bürosunun “LIVE RīGA” saytından istifadə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər