İKİ İDMANÇIMIZ DÜNYA ÇEMPİONU ADINI QAZANMIŞDIR
Bu mötəbər yarışlarda ölkəmizin idman şərəfini Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin rəhbərliyi ilə 7 nəfərdən ibarət komanda qoruyur.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 4 idmançımız uğurla çıxış edərək fəxri kürsünün yüksək pillələrinə qalxmışdır. Belə ki, dünya kubokunun sahibi Vüsal Mərdanov (90 kq) və bir neçə beynəlxalq turnirin qalibi İbrahim İbrahimov (100 kq) dünya çempionu adını qazanmışlar. Bayram Əliyev (67,5 kq) və Əli Əsgərov (75 kq) isə gümüş medallara sahib olmuşlar.
Oktyabrın 23-dək davam edəcək çempionatda Bəxtiyar Quliyev, Rüstəm Musayev və Kamil Qafarov da medallar uğrunda mübarizəyə qatılacaqlar. Ələddin Əliyev isə, beynəlxalq dərəcəli hakim kimi, yarışları idarə edənlər arasındadır.