İKT SAHƏSİNDƏ AZƏRBAYCAN-ÇİN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Səfir Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı məqsədi ilə yeni layihələrin həyata keçirilməsini, texnika parklarının yaradılmasını yüksək qiymətləndirmiş, Trans-Asiya-Avropa (TAE) magistral kabel xəttinin Xəzəraltı seqmentinin Qazaxıstana çəkilərək, oradan da Çinə ötürülməsinin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə Çin şirkətlərinin Azərbaycanda İKT sahəsindəki fəaliyyətindən danışılmış, bu müəssisələrin yeni layihələr, sərmayə proqramları həyata keçirdiyi diqqətə çatdırılmışdır.