MƏDƏNİYYƏT
İLDIRIM HƏSƏNOVUN XATİRƏ GECƏSİ
AZƏRTAC xəbər verir ki, Vahid Poeziya evində Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən biri İIdırım Həsənovun anadan olmasının 85 illiyi münasibətilə xatirə gecəsi keçirilmişdir.
Tədbirin əvvəlində muğam ustası İldırım Həsənovun Azərbaycan radiosunun fondunda saxlanılan lent yazısı səslənmişdir. Gecənin aparıcısı xalq artisti Canəli Əkbərov tanınmış sənətkarın həyat və yaradıcılığından soz açmışdır. Xalq artistləri Əlibaba Məmmədov, Habil Əliyev, İslam Rzayev, Arif Babayev, Ramiz Quliyev və başqaları xanəndənin yüksək ifaçılıq məharəti, insani keyfiyyətləri barədə xatirələrini danışmışlar. Müğənnilər Arif Babayev, Canəli Əkbərov, Sabir Mirzəyev, Zöhrə Abdullayeva, şair Həkim Qəni muğam, təsnif və şeirlərlə ustad sənətkarın xatirəsini yad etmişlər.