İLDIRIMLI HAVADA TELEFONLA DANIŞMAQ ÖLÜMLƏ NƏTİCƏLƏNƏ BİLƏR
Onlar bu xəbərdarlıqla “Britiş medikl cörnl”ın (“Britaniya tibb jurnalı”) səhifələrində çıxış etmişlər. Həkimlər sözlərinə qüvvət olaraq, 15 yaşlı bir qızın xəstəlik tarixçəsini misal çəkmişlər. O, London parklarından birində cib telefonu ilə danışarkən ildırım çaxmışdır. İldırımın telefona düşməsi onun daxili orqanlarını ağır şəkildə zədələmişdir. Qızın həyatını xilas etmək mümkün olsa da, bir ildən sonra o, əlil arabacağından istifadə etməli olmuşdur. Onun fiziki və psixi sağlamlığında problemlər yaranmışdır. İldırım boşalması qızın telefonu tutduğu qulağının pərdəsini deşmiş və beynini zədələmişdir. O, ömürlük kar olmuşdur.
Adi şəraitdə insanı ildırım vurduqda, boşalma onun dərisinin səthi üzrə yayılır, çünki dəri elektrikə yüksək müqavimət keyfiyyətinə malikdir. Lakin keçiricilərdən, o cümlədən metal obyektlərdən (məsələn, mobil telefon) istifadə zamanı cərəyanın hərəkət trayektoriyası dəyişir. Bu isə daxili orqanların zədələnməsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır.
Həkimlərin sözlərinə görə, bu cür hallar Çində, Cənubi Koreya və Malayziyada da qeydə alınmışdır. Bu ölkələrdə bir neçə adamı cib telefonu ilə danışarkən ildırım vurub öldürmüşdür.