Azərbaycan Dövlət İnformasiya Agentliyi

İLHAM ƏLİYEV: “MƏN PREZİDENTİN VARİSİ DEYİLƏM,MƏN ÖZ ATAMIN, ÖZ AİLƏMİN VARİSİYƏM”

Məsəl var, deyərlər, ağac kökündən su içər. Təbii ki, kök əsasdır, ancaq ağacı ağac edən, yayın qızmarında, qışın şaxtasında onu qoruyan, yaşadan qollu-budaqlı çətirin olması da vacibdir. Ölkəmizin indiki Prezidenti, 46 yaşı yenicə tamam olmuş İlham Əliyev Azərbaycan üçün məhz bu cür “çətir” olmuşdur. Taleyini bu insana etibar etmiş Azərbaycan xalqının ona həvalə etdiyi vəzifələrin yerinə yetirilməsi üçün bu yaş kifayət qədər cavan və eyni zamanda, yetkin sayıla bilər. XXI əsrdə millətimizin gələcəyinə görə bütün məsuliyyəti öz üzərinə götürmək, ölkəni dünya miqyasında təmsil etmək çox məsul və həm də şərəfli vəzifədir. Dahi Heydər Əliyevin layiqli oğlu olan İlham Əliyev ümummilli liderimizdən estafeti qəbul edərək, onun siyasi xəttini uğurla davam etdirir, xalqımızı və ölkəmizi tərəqqiyə, inkişafa və firavanlığa doğru aparır.

Elitar təfəkkürə malik olan bu insan cəmiyyətin bütün təbəqələri ilə sıx əlaqə yaratmaqla artıq sübut etmişdir ki, İlham Əliyevin hakimiyyəti bütün Azərbaycan xalqının hakimiyyəti deməkdir.

İlham Əliyevin fikrincə, siyasət boş sözlərə, şüarlara deyil, məhz real əməli işlərə əsaslanmalıdır. Azərbaycan Prezidentinin gördüyü işlərin çoxu onun bir siyasi xadim kimi yetkinliyinə, vəziyyətin mümkün inkişafını təkcə ölkə miqyasında deyil, həm də bütün geosiyasi proses çərçivəsində qabaqcadan görə bilmək qabiliyyətinə dəlalət edir. Demək lazımdır ki, hakimiyyətdə olduğu müddətdə o, seçkiqabağı kampaniyanın gedişində xalqa verdiyi bütün vədlərinə əməl etmişdir.

Çalışqanlıq, əməksevərlik, ətrafdakı insanlara diqqət və qayğı, təmkinlilik ona yeniyetməlik və gənclik dövründən xas olan keyfiyyətlərdir.

İlham Əliyev “Azərbaycan” qəzetinin 2007-ci il 23 dekabr tarixli nömrəsində dərc edilmiş “Mənim universitetlərim” adlı məqaləsində yazır: “Mənim təhsil illərimdə çoxları elə bilirdi ki, Heydər Əliyevin oğlu ağına-bozuna baxmadan atasının vəzifəsindən sui-istifadə edəcək. Ona hər şey bağışlanar. Ancaq atam mənə uşaqlıqdan izah etmişdi ki, belə hallara yol vermək olmaz, mən də bədxahların (onlar həmişə çox olublar) ailəmizə hücum etmələri üçün heç bir bəhanə verməmişəm”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun arxivində İlham Əliyevin qiymət kitabçası saxlanılır. O, əlaçı tələbə olmuş və institutu “qırmızı” diplomla bitirmişdir. Ali məktəb müəllimlərinin İlham Əliyev barədə fikirləri də birmənalıdır: “İlham təvazökar, alicənab və ləyaqətli insandır, atasına layiq oğuldur. Biz də fəxr edirik ki, o, institutumuzun məzunları arasında ilk Prezidentdir. Özü də çox layiqli Prezidentdir!”.

Heydər Əliyev bütün bilik və bacarığını, təcrübəsini İlham Əliyevə öyrətmiş, müxtəlif vəzifələrdə sınamaqla, müxtəlif danışıqlara cəlb etməklə, onun nəzəri və praktik hazırlığı üçün çox iş görmüşdür. Zaman göstərir ki, Heydər Əliyev oğlunun gələcəyi barədə düşündüyündən daha çox öz işinin layiqli davamçısı barədə, Azərbaycanın gələcəyi barədə düşünmüşdür.

Vaşinqtonun nüfuzlu Con Hopkins Universiteti nəzdindəki Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri Frederik Starın AZƏRTAC-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində dediyi kimi, “Prezident İlham Əliyevin ən güclü cəhətlərindən biri odur ki, onun üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli deyildir. O, bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara yol verməyən, rəyi ilə razılaşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir. Mən onun Azərbaycandakı müxalifət nümayəndələri barədə hörmətlə danışdığını dəfələrlə eşitmişəm. O, şəxsi hissləri siyasətdən ayıra bilən adamdır. Bunların hamısı çox məsuliyyətli insana xas olan xüsusiyyətlərdir. Məncə, o, indiyə qədər ölkəsinə çox gözəl xidmət edib”. Bəli, məhz xidmət etmişdir, çünki vətəndaş üçün, insan üçün bundan böyük amal yoxdur.

İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycana sədaqətlə xidmət etmiş, dövlət təsisatlarını möhkəmlətmiş, hakimiyyət strukturlarında islahatlar aparmış, təbii sərvətlərdən əldə edilən gəlirlərin idarə olunması üçün səmərəli vasitələr yaratmışdır. O, gəlirlərin həcminə görə cəmiyyətin qütbləşməsinin qarşısını almaq üçün tədbirlər görmüş, ölkənin gəlirlərinin əhali arasında ədalətli bölüşdürülməsi üçün əlindən gələni etmişdir və edir.

Bu baxımdan dövlətimizin başçısının regionların inkişafına yönəlmiş fəaliyyəti çox böyük, bəlkə də, öncül əhəmiyyət kəsb edir. Prezident daim bölgələrdə olur, ictimaiyyətlə görüşür, hər kəsi diqqətlə dinləyir. Regionlarımız sürətlə və intensiv inkişaf edir, yeni iş yerləri ilə yanaşı, müalicə-sağlamlıq ocaqları, idman və mədəniyyət kompleksləri açılır. Bunları heç kəs inkar edə bilməz.

Qaçqınların və məcburi köçkünlərin vəziyyəti daim Prezidentin diqqət mərkəzindədir. Dövlət proqramına uyğun olaraq, bu günlərdə Saatlı və Sabirabad rayonlarında axırıncı çadır düşərgələri ləgv edilmişdir. İlham Əliyev bu məsələdə də öz sözünə sadiq qalmışdır.

Ümummilli liderin xəttini davam etdirən Prezident incəsənət xadimlərinə həqiqətən atalıq qayğısı göstərir, onları mənəvi və maddi baxımdan dəstəkləyir. Mədəniyyət ocaqları - teatrlar, muzeylər və başqa obyektlər yenidən qurulur, təmir edilir və bu, paytaxtımızın simasına bənzərsiz çalarlar gətirir.

İlham Əliyev ölkəmizin müstəqilliyinin təminatçısıdır. Azərbaycan cəmiyyəti ardıcıl demokratikləşmə yolu ilə irəliləyir, demokratik təsisatlar inkişaf etdirilir. Dünya birliyinə inteqrasiya xəttini seçmiş Azərbaycan hüquqi dövlət quran mütərəqqi xalqlar ailəsində öz layiqli yerini tutmuşdur.

Türkiyə və Gürcüstanla sıx əməkdaşlıq şəraitində Azərbaycan həqiqətən irimiqyaslı, transmilli layihələri gerçəkləşdirmişdir. Bu layihələr ölkənin iqtisadi inkişafının sürətlənməsində, əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamaqla, regionda təhlükəsizliyin və sabitliyin təminatına çevriləcəkdir.

Prezident İlham Əliyevin bacarıqla idarə etdiyi dövlətimiz Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadi artım göstəricilərinə görə dünyada ən qabaqcıl ölkələrdən biridir. O, borcalan ölkədən kredit verən ölkəyə çevrilmişdir.

Ölkəmizin Prezidenti Qarabağ probleminin həlli istiqamətində də çox işlər görmüşdür. Xarici müşahidəçilər dəfələrlə qeyd etmişlər ki, İlham Əliyev danışıqlar prosesinin təmkinli məcraya düşməsində mühüm rol oynamışdır. Qarabağ probleminin dinc yolla həll edilməsinin tərəfdarı olan Prezident, eyni zamanda, açıq-aşkar bəyan edir ki, Azərbaycanın öz torpaqlarını istənilən şəkildə, o cümlədən hərbi yolla işğaldan azad etmək, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanları vardır.

Bu yerdə xalq artisti professor Arif Məlikovun sözləri yada düşür: “Xarizma - təkcə bəlağət deyil, insanın məziyyətlərinin məcmusu, sözlə işin vəhdəti, naturanın bütövlüyü deməkdir. Bir sözlə, möhkəm ictimai rəğbət bu keyfiyyətlərdən yaranır. Azərbaycan dövlətinin başçısının nüfuzu və populyarlığının təbiəti də belədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub