Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Ukrayna dilində nəşrinin təqdimatı olub

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycanın Ukrayna Konqresinin ofisində Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Ukrayna dilində nəşrinin təqdimatı keçirilib. Təqdimat mərasimi Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbirlər çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mehman Salmanovun Ukrayna dilinə tərcümə etdiyi bu kitab Kiyevdə “Loqos” nəşriyyatında həmvətənimiz, iş adamı Asif Məmmədovun sponsorluğu ilə nəşr edilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenko Elmira Axundovanın yazıçı-publisistik, ictimai fəaliyyətindən söz açıb.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Ukrayna dilində nəşr edilmiş kitabın təqdimatını ölkəsi üçün mühüm hadisə kimi dəyərləndirib. Qeyd edib ki, kitabın Ukrayna dilinə tərcüməsi onun ölkəsinə və xalqına hörmətin ifadəsidir. İki ölkə arasında əlaqələrdən danışan səfir Azərbaycan xalqının tolerantlığını qeyd edib.

“Ukraynalılar üçün dost ölkənin lideri haqqında birinci mənbədən məlumat öyrənmək vacibdir. Biz Heydər Əliyev haqqında çoxcildliklə tanışıq. Bu kitabda isə Azərbaycanın bugünkü liderindən söhbət açılır”, - deyə Aleksandr Mişşenko qeyd edib. Azərbaycanda uzun müddətdən bəri fəaliyyət göstərdiyini bildirən səfir deyib: “Görüşlərdə Azərbaycan Prezidentinin qarşısında heç vaxt kağızın olmaması məni həmişə heyrətləndirib. O, danışıqlar apararkən bütün rəqəmləri əzbərdən deyir. Bu o deməkdir ki, Prezident İlham Əliyev görüşlərə ciddi hazırlaşır. Təqdimatı keçirilən kitabda onun təhsili, fəaliyyəti, insani keyfiyyətləri haqqında maraqlı faktlar yer alıb”.

Kitabın asan oxunduğunu, eləcə də zəngin məlumat mənbəyi olduğunu diqqətə çatdıran səfir deyib: “Bu kitab Azərbaycan vətəndaşları üçün də faydalıdır. Öz liderin haqqında nə qədər çox məlumata maliksənsə, deməli, onu bir o qədər də çox başa düşürsən. Bu sinergiya - xalqın hakimiyyətə, hakimiyyətin xalqa etimadı sizin başlıca nailiyyətinizdir. Bu kitab həm də Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə hazırlaşan Ukrayna üçün vacibdir”. Kitabın maraqla qarşılandığını qeyd edən səfir bunun müəllifin gərgin zəhmətinin nəticəsi olduğunu vurğulayıb.

Ukrayna səfiri onu da diqqətə çatdırıb ki, gələn il yaradılmasının 100 illiyi qeyd ediləcək Azərbaycan Xalq Cümhuriyyəti ilə Ukrayna arasında əlaqələr 1918-ci ildə qurulub. Azərbaycan hələ o dövrdə Ukrayna üçün strateji tərəfdaş hesab edilirdi. “Bu gün iki ölkənin dövlət başçıları arasında dost münasibətlər mövcuddur. Lakin biz bununla kifayətlənməməli, xalqlarımızın mənafeyi naminə əlaqələrimizi daha da genişləndirməliyik”, - deyə Aleksandr Mişşenko bildirib.

Milli Məclisin Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev qeyd edib ki, Elmira Axundova təkcə Azərbaycanda deyil, həm də MDB ərazisində tanınmış jurnalist-publisistdir. “Bu kitabın hər sətri, hər səhifəsi müəllifin Azərbaycan Prezidentinə sonsuz ehtiramından xəbər verir. Çox az alim, filoloq, jurnalist bu cür yaza bilər, lakin Elmira xanım buna nail olub”, - deyə Rüfət Quliyev bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təqdimatı keçirilən kitabla tanış olduğunu deyib: “Tarixi şəxsiyyətlər haqqında yazmaq nə qədər çətindirsə, bu gün fəaliyyət göstərən şəxsiyyətlər haqqında yazmaq ikiqat çətindir. Müasir dövrdə dünyada siyasi bioqrafiyaya olan marağı, bu janrın populyarlığını qeyd edən Fərhad Məmmədov şəxsiyyətə onun fəaliyyət göstərdiyi zaman daxilində yanaşmağın vacibliyini qeyd edib, kitabın böyük zəhmət sayəsində ərsəyə gəldiyini vurğulayıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov kitabın Ukrayna dilində nəşrinin əhəmiyyətini qeyd edib.

Müəllif Elmira Axundova tədbir iştirakçılarına təşəkkür edib, kitabın nəşrində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin yaxından iştirakını diqqətə çatdırıb. O, nəşrin bir fəslinin Azərbaycan-Ukrayna münasibətlərinə həsr olunduğunu, burada Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun fotolarının yer aldığını bildirib. Əməkdar Jurnalist Elmira Axundova deyib: “Şadam ki, bu kitab Ukrayna dilində nəşr edilib. Mənim anam Ukraynada dünyaya gəlib. Ukrayna mənim ana tərəfdən babalarımın vətənidir. Uşaq vaxtı Ukrayna dilində danışa bilirdim. Mən Ukraynada baş verən hər bir hadisəyə həssas yanaşıram. Bu gün Ukrayna, onun paytaxtı Kiyev inkişaf edir. Bu xalqın, ölkənin parlaq gələcəyi var”.

Nəfis tərtib olunmuş kitabda Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında səmimi və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır.

Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.

Əsərdə dövlətimizin başçısının portretinin yeni, maraqlı, cəlbedici, qürurverici ştrixlərini aydın görmək olur. Yazıçının istedadı da elə bundadır. Gələcək prezidentin hələ gənc yaşlarından taleyin bir-birinin ardınca vurduğu zərbələrə mətinliklə sinə gərdiyini vurğulayan Elmira Axundova yazır ki, İlham Əliyev hələ gənc yaşlarından zərbələri dəf etməyi öyrənmişdi. Həyat onu heç də həmişə əzizləməyib. Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin ikinci yarısında böyük sarsıntılarla üzləşdi. İlham Əliyev 24 yaşında ən əziz adamını - anasını itirdi. Heydər Əliyevin səhhətində ciddi problemlər yarandı və bunun ardınca da o, vəzifəsindən istefa verməli oldu. İlham Əliyev bu zərbələrə də ləyaqətlə sinə gərib.

Ulu öndər Heydər Əliyevin vəfatından sonra onun rəhbərliyi dövründə artıq sürətli inkişaf kursu götürmüş Azərbaycanın bu yola sadiq qalacaq güclü, ziyalı, uzaqgörən liderə ehtiyacı var idi. Bu lider məhz İlham Əliyev oldu.

Elmira Axundova Azərbaycan dövlətinin başçısının hakimiyyət fenomenini, ölkəmizin sosial modelinin formalaşması prosesini təhlil edərək iqtidarın sosialyönümlü layihələri, vətəndaş birliyinin və sabitliyin əsaslarından olan multikulturalizm ənənələrinin qorunması və inkişafı, idman sahəsində əldə olunan nailiyyətləri mühüm amil kimi önə çəkir. Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektlərini təhlil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb