SİYASƏT
İLHAM ƏLİYEV TƏQAÜDÜ TƏSİS EDİLMİŞDİR
Yeni Azərbaycan partiyası Bərdə təşkilatı rayondakı texnikumlarda təhsil alan əlaçı tələbələr üçün respublika gənclərinin lideri, Milli Məclisin deputatı, MOK-un prezidenti İlham Əliyevin adını daşıyan təqaüd təsis etmişdir.
Təhsildə daha çox fərqlənən 4 tələbə ilk dəfə olaraq İlham Əliyev təqaüdçüsü olmuşdur. Onlara hər ay 25 min manat təqaüd verilir.