İlin birinci yarısında “BMW” şirkətinin mənfəəti 29 faiz azalıb
Berlin, 1 avqust, AZƏRTAC
“BMW” şirkətinin mənfəəti bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, konsernin xalis mənfəəti ilin ilk altı ayında 4 milyard avro olub. Azalmaya gömrük rüsumları, Çində çətin bazar şəraiti və dolların kursunun zəif olması təsir edib. Buna baxmayaraq, “BMW” hələ də digər alman avtomobil istehsalçıları ilə müqayisədə daha sabit mövqedədir. Belə ki, “Volkswagen”, eləcə də onun törəmə şirkəti “Audi”i ilin ilk yarısında mənfəətinin üçdəbirindən çoxunu, “Mercedes-Benz” isə yarıdan çoxunu itirib.
“BMW” konserninin baş direktoru Oliver Zipse yarımillik nəticələri şirkətin biznes modelinin dayanıqlılığının göstəricisi kimi dəyərləndirib.
Satış rəqəmləri də “BMW”nin rəqibləri ilə müqayisədə bu vəziyyətdən daha az zərər gördüyünü göstərir. Avtomobil satışı “Mercedes” və “Audi”dən fərqli olaraq sabit qalıb, 1,2 milyon avtomobil satılsa da, ümumi gəlirlər 8 faiz azalaraq 67,7 milyard avroya düşüb.
Konsern gömrük tariflərinin bu il avtomobil bölməsində mənfəət marjasını 1,25 faiz azaldacağını hesab edir ki, bu da milyardlarla avro dəyərində zərər deməkdir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]