İlin əvvəlindən bəri Əfqanıstana 1,2 milyondan çox qaçqın qayıdıb
Bakı, 1 iyul, AZƏRTAC
İlin əvvəlindən bəri İran və Pakistandan 1,2 milyondan çox qaçqın Əfqanıstana qayıtmaq məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Əfqanıstan üzrə nümayəndəsi Ərəfat Camalın sözlərinə görə, İranla İsrail arasında münaqişə insanların yerdəyişməsini sürətləndirib, böyük maliyyə ixtisarı isə humanitar yardıma ciddi şəkildə mane olub. Bu, son günlərdə Əfqanıstana insan axınının kəskin şəkildə artması ilə nəticələnib.
BMT nümayəndəsi vurğulayıb ki, əfqanlar normal həyat şəraiti qura bilməyəcəkləri yoxsullaşmış ölkəyə qayıdırlar. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi tərəfdaşlarla birlikdə vətənlərinə qayıdanlara təcili humanitar yardım göstərir, onları qida, su və sığınacaqla təmin edir.
“Lakin maliyyənin kəsilməsi BMT proqramlarına dağıdıcı zərbə vurub, nağd pul yardımı hər ailə üçün 2 min dollardan 156 dollara enib”, - deyə Ərəfat Camal bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]