İLK ELEKTRON DƏRS VƏSAİTİNİN TƏQDİMATI OLMUŞDUR
Nəşriyyatın direktoru Rafiq İsmayılov yeni dərs vəsaiti barədə məlumat verəndən sonra diskdə yerləşdirilmiş materiallar nümayiş etdirilmişdir. Üç kitabın - “Azərbaycan dili”, “İş dəftəri” və “Müəllim vəsaiti” kitablarının materialları umumiləşdirilərək diskdə yerləşdirilmişdir. Diskdən istifadə edən şagirdlər bu fənn üzrə sınaq test imtahanlarının suallarına cavab vermək, inşa yazmaq imkanı qazanacaq, eləcə də, tədris vaxtı buraxdıqları səhvləri dərhal görə biləcəklər.
Beşinci sinif şagirdi Nəzrin Abdullayeva təqdim olunan dərslikdən çox böyük məharətlə istifadə etməklə mərasim iştirakçılarını heyran qoymuşdur. O, sınaq test imtahanlarına müvəffəqiyyətlə cavab verəndən sonra inşa yazmışdır. Nəzrinin yeni dərs vəsaitindən böyük həvəslə istifadə etməsi bir daha təsdiq etmişdir ki, təqdim olunan disk şagirdlər üçün böyük töhfə olacaqdır.