İlon Mask “Tesla” şirkətinin səhmdarlarından bir trilyon dollar tələb edib
Bakı, 28 oktyabr, AZƏRTAC
“Tesla” şirkətinin rəhbəri İlon Mask vəzifəsini tərk edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tesla” şirkətinin Direktorlar Şurasının sədri Robin Denholm CNBC telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, sahibkar səhmdarlardan təxminən bir trilyon dollar həcmində ödəniş tələb edib və tələbin yerinə yetirilməyəcəyi təqdirdə şirkətdən ayrılacağını bildirib. Robin Denholm İlon Maskı, həmçinin “Tesla” üçün əvəzolunmaz fiqur adlandırıb.
Telekanalın məlumatına əsasən, “Tesla” səhmdarlarına İlon Mask üçün nəzərdə tutulan nəhəng kompensasiya paketi ilə bağlı noyabrın 5-dək səsvermə imkanı yaradılıb.
Xatırladaq ki, oktyabrın əvvəlində “Forbes” jurnalı İlon Maskın sərvətinin 500 milyard dollara çatdığını və onun planetin ən varlı insanı olduğunu açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]