İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib
Bakı, 10 iyul, AZƏRTAC
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində 2-10 iyul tarixlərində təşkil edilən beynəlxalq təlim-məşq toplanışına yekun vurulub.
Taekvondo Təbliğat Fondu tərəfindən Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib və ona iştirak sertifikatı ilə yanaşı, xüsusi xatirə hədiyyəsi təqdim olunub.
Toplanışı başa vuran digər parataekvondoçular Sabir Zeynalov və Orxan Cəfərova da müvafiq olaraq, iştirak sertifikatı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]