İməcilik Ümummilli Liderin anım gününə həsr edilib
Bakı, 9 dekabr, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birlikdə ağacəkmə kampaniyası keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq ənənə halını almış ağacəkmə kampaniyasının əsas məqsədi rayon ərazisində yaşıllıq zolaqlarını genişləndirmək və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Qəsəbənin mərkəzindəki Səməd Vurğun küçəsində və “Gənclər” parkında 200-dən çox yeni ağac və gül kolları əkilib, ərazidə təmizlik işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.