İMİŞLİDƏ SAĞLAMLIQ VƏ İSTİRAHƏT MƏRKƏZİ TİKİLİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, İmişlidə sahibkarlığın inkişafına hər cür şərait yaradılır.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda yerli iş adamının vəsaiti ilə daha bir xidmət obyekti - Sağlamlıq və istirahət mərkəzi tikilir. Obyekt üçün 0,4 hektar sahə ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır. Qısa müddətdə torpaq işləri görülmüş, bünövrə qoyulmuşdur. Burada 30 nəfərin işlə təmin olunması nəzərdə tutulur.