İmişlidə silsilə oğurluq edən şəxs saxlanılıb VİDEO
İmişli, 13 mart, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluq törətməkdə şübhəli bilinən Alim Məmmədli saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Alim Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 min manatdan artıq pulunu və dəyəri 35 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.
Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Alim Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]