İNCƏSƏNƏT XADİMLƏRİ AZƏRBAYCANA KAPİTAL QOYULUŞUNA KÖMƏK EDİRLƏR
Onun sözlərinə görə, ekspozisiya böyük uğur qazanmış və Almaniya ictimaiyyətinin, o cümlədən sahibkarların diqqət mərkəzində olmuşdur. Tədbir başa çatdıqdan sonra sahibkarlar Bakıya səfərə hazırlaşmağı qərara almışlar.
K.Qrevlix Azərbaycan rəssamlarının ekspozisiyasının açılışına həsr olunmuş forumdan danışaraq bildirmişdir ki, tədbir zamanı Almaniya siyasətçilərinə, mədəniyyət xadimlərinə və işgüzar dairələrin nümayəndələrinə Azərbaycanın iqtisadi uğurları barədə ətraflı məlumat verilmişdir.
Diplomat demişdir: “Almaniya işgüzar dairələrinin dinamik inkişaf edən Azərbaycana marağı durmadan artır. Berkhamen sahibkarları cari ilin sonunadək Bakıya gəlməyi və ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar”.
K.Qrevlix tədbirə təşkilat dəstəyinə görə Almaniya-Azərbaycan İqtisadi Yardım Cəmiyyəti idarə heyətinin üzvü Mixael Nosiadekə və “Lüfthanza” transmilli şirkətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.