İNDONEZİYA MÜSƏLMANLARI DANİMARKA SƏFİRLİYİNƏ HÜCUM ETMİŞLƏR
İslam Müdafiəçiləri Cəbhəsinin və İndoneziya Mücahidlər Şurasının 300-dək üzvü “Allahu əkbər!” nidası ilə foyeyə daxil olaraq, əllərinə keçəni sındırmış, otaqlara lax yumurta və pomidorlar atmışdır. Onlar hökuməti Danimarka ilə diplomatik münasibətləri kəsməyə çağırmışlar. Hadisə yerinə gələn polis onlara mane olmamış və heç kimi həbs etməmişdir.
Narazılığa Danimarkanın “Yullands-posten” qəzetində Məhəmməd Peyğəmbərə təhqiramiz karikaturalar verilməsi səbəb olmuşdur.
Xatırladaq ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. Onun 240 milyon əhalisinin təxminən 90 faizi İslama etiqad edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]