İngiltərə İsrailə dəstək məqsədilə Aralıq dənizinə iki hərbi gəmi göndərəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
Britaniya İsrail hakimiyyətlərinə dəstək nümayişi olaraq Aralıq dənizinin şərqinə iki hərbi gəmi göndərəcək.
AZƏRTAC “The Times” qəzetinə istinadən xəbər verir ki, Kral Köməkçi Donanmasının doqquza qədər nəqliyyat və hücum helikopteri daşıya bilən RFA Argus və geniş eniş platforması olan RFA Lyme Bay gəmilərindən kəşfiyyat xarakterli uçuşlar yerinə yetiriləcək.
Qeyd olunur ki, müşahidə uçuşları böyük ehtimalla Kiprdə yerləşən Akrotiri hərbi bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 Rivet Joint kəşfiyyat təyyarəsi və Boeing P-8 Poseidon sualtı patrul təyyarəsi ilə həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ rəsmiləri iki təyyarədaşıyan gəminin Aralıq dənizinə köçürüldüyünü açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]