İngiltərə klubunun hücumçusu qeyri-adi səbəbdən milliyə dəvət almayıb
Bakı, 11 mart, AZƏRTAC
Müqavilə əsasında İspaniya “Vilyarreal”ına məxsus İngiltərənin “Brayton” komandasının hücumçusu Ben Brereton Dias qeyri-adi səbəbdən Çili yığmasına dəvət almayıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna 25 yaşlı futbolçunun dil bilməməsi səbəb olub.
Çili yığmasının baş məşqçisi Rikardo Qarekanın sözlərinə görə, futbolçuya məhz bu səbəbdən təklif göndərməyib: “Onun ispan dilini öyrənməsini istərdim. İki il milliyə çağırıldı, ispanca danışmağa kifayət qədər vaxtı var idi. Bu dili bilmək həm meydanda, həm də meydandan kənarda ünsiyyət üçün vacibdir”.
Qeyd edək ki, Brereton Dias 2018-ci ilə qədər İngiltərə millisinin müxtəlif yaş qruplarında çıxış edib. Futbolçunun anası çililidir və bunun sayəsində həmin ölkənin vətəndaşlığını alıb. O, 2021-ci ilin iyunundan Çili millisinə çağırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]