İDMAN
İngiltərə Premyer Liqası: London derbisində “Çelsi” qalib gəlib
Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasında dördüncü turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Uembli” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Tottenhem” və “Çelsi” klubları üz-üzə gəlib.
Görüş “Çelsi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Tomas Tüxelin yetirmələrinin heyətində Tiaqo Silva, Nqola Kante və Antonio Rudiger fərqləniblər.
Bu qələbə sayəsində “Çelsi” xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Tottenhem” isə 9 xalla yeddinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2024 [15:38]
İtaliya futbolunun əfsanəsi vəfat edib
- 18.09.2024 [14:43]
® Maraqlı xəbərimiz var!
- 18.09.2024 [14:31]
“Gəncə” klubunun Voleybol Akademiyasına belaruslu məşqçi təyin olunub
- 18.09.2024 [14:29]
AFFA-nın Texniki direktoru UEFA-nın Konfransına qatılıb
- 18.09.2024 [12:32]