İNTERNET İSTİFADƏÇİLƏRİ MARADONADAN DÜNYA FUTBOL ÇEMPİONATINDA OYNAMAĞI XAHİŞ EDİRLƏR
İnternet istifadəçiləri istəyirlər ki, tarixdə ən yaxşı futbolçulardan biri olan Maradona Argentina yığmasının tərkibində görüşlərdən heç olmasa birində 5 dəqiqə oynasın. Maradona artıq 27,5 mindən çox azarkeşin səsini toplamışdır. Saytın müəllifləri Maradonanın futbol çempionatında iştirak etməsi barədə təklif vermək üçün Argentina Futbol Assosiasiyasının rəhbərliyi ilə əlaqə saxlamaq niyyətindədirlər. Argentina yığması Kot-d-İvuar, Serbiya və Çernoqoriya və Niderland komandaları ilə bir qrupa düşmüşdür.
Xatırladaq ki, Diyeqo Maradona dünya çempionatlarında axrıncı oyununu 1994-ci ildə ABŞ-da keçirmişdir. Həmin görüşdə Argentina yığması Yunanıstanı 4:0 hesabı ilə udmuş, qollardan birini isə Maradona vurmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]