İNTERNETDƏN İSTİFADƏDƏ YENİLİK
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qərar ölkə ərazisində fəaliyyət göstərən bütün internet provayderlərinə bir il müddətində şəhərlərarası telefon kanallarından ödənişsiz istifadə hüququ verir. Ödənişsiz şəhərlərarası telefon kanalı ilə təmin olunmuş internet provayderləri yalnız abunəçilərə xidmət göstərməli, ayrılmış kanal kommersiya məqsədi ilə digər telekommunikasiya operatorunun və ya provayderin istifadəsinə verilməməli və bu kanal üzərindən səs ötürülməməlidir.