İNTERNETİ – GƏNCLƏRƏ
Minsk, 21 fevral (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin saytında Gənclərin İşləri üzrə Şuranın informasiya səhifəsi yaradılmışdır. Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu iş Birlikdə 2009-cu ilin Gənclər İli elan edilməsi ilə bir vaxta təsadüf etmişdir.
Səhifəni açanlar gənclər siyasəti sahəsində milli qanunvericiliklər haqqında, gənclərin işləri üzrə dövlət orqanlarının strukturu, ictimai gənclər təşkilatları barədə məlumatlar, onların rəsmi saytlarına istinadlar, xəbərlər lenti ilə tanış ola habelə MDB ölkələrində, o cümlədən Şuranın dəstəyi ilə nəzərdə tutulmuş tədbirlərlə bağlı məlumat əldə edə bilərlər. MDB İcraiyyə Komitəsinin internet-portalının inkişafı Birlik ölkələri gənclərinin ünsiyyəti, böyüməkdə olan nəslin münasibətlərinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradacaqdır.
Bütün bu və digər aksiyalar 2009-2010-ci illər üçün MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində prioritet tədbirlər planına daxildir. Həmin planın hökumət başçıları Şurasının iclasında təsdiq edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]
UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib
- 14.10.2026 [09:55]
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
- 14.10.2026 [01:15]