İordaniyada silah anbarında güclü partlayışlar baş verib
Qahirə, 11 sentyabr, AZƏRTAC
İordaniyanın paytaxtı Əmmanın şimal-şərqində yerləşən Zərqa şəhərinin yaxınlığındakı silah anbarında güclü partlayışlar baş verib.
AZƏRTAC xəbər verir ki, partlayışın ətrafdakı hərbi bazaya da dağıdıcı təsir göstərdiyi bildirilir.
Partlayışların fəsadları barədə rəsmi açıqlama verilməsə də, İordaniya mətbuatı Əl-Ğabavi silah-sursat anbarında baş verən partlayışlar nəticəsində bir neçə yaralının olduğu barədə xəbərlər yayıb.
Hökumətin sözçüsü Əhməd əl-Ədayleh isə yaralılar haqqında məlumatın olmadığını bildirib. O əlavə edib ki, insidentlə bağlı rəsmi orqanlar tərəfindən araşdırma aparılır.
İordaniya mətbuatı yazır ki, partlayışların baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]