İQTİSADİYYAT
İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

Bakı, 2 oktyabr, AZƏRTAC
Biz bir çox bölgədə aerokosmik sahədə inkişaf etməyə və həyata keçirməyə yönəlmiş təhsil və təbliğat şirkətiyik. Son bir neçə il ərzində bir çox layihəmiz var, bu tip layihələr vasitəsilə çox şey öyrəndik.
Bu fikirləri Bakıda AZƏRTAC-a açıqlamasında İordaniyalı Aerokosmik Robotiklər, Mexatronika mühəndisi, "Basicbionics" şirkətinin həmtəsisçisi Omar Baalbaki söyləyib.
“Mənim kifayət qədər Azərbaycan Milli Aerokosmik Agentliyində təcrübə keçmək imkanım oldu. Bu mənim üçün fərq yaradacaq. Biz bu tip texnologiyanı ölkəmizdə tətbiq etməyə çalışan ilk şəxslərdənik”, - deyə o bildirib.
Omar Baalbaki ilk dəfədir ki, IAC Konqresində iştirak etdiyini qeyd edib: “Məni bu sahədə başa düşən və məlumatı olan çoxlu insanlarla tanış oluram. Buna görə də bu platformanı çox bəyəndim və ümid edirəm ki, gələn il də qatılacağam”.