“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək
Bakı, 8 aprel, AZƏRTAC
"Apple" şirkətinin qurğuların axtarışı üçün nəzərdə tutulmuş "Find My" proqramının köməyi ilə indi digər brendlərin qurğularını izləmək olar. Şirkət kənar istehsalçılara öz məhsullarını izləmək üçün onun ekosistemindən istifadəyə icazə verib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, cihazlar "Made for iPhone" (MFi) proqramı vasitəsilə sertifikasiyadan keçirildikdən sonra belə məhsullar "Apple Find My ilə işləyir" kimi nişanlanır.
"Find My" proqramının köməyi ilə izlənilməsi mümkün olan ilk məhsullar "VanMoof S3" və "X3" elektrik velosipedləri, "Belkin SoundForm Freedom True" simsiz qulaqlıqları olub. Gələcəkdə digər brendlər də öz qurğularını "Apple"ın ekosisteminə inteqrasiya edə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]