İPOTEKA KREDİTİNƏ AİD NORMATİV SƏNƏDLƏR HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” ölkə başçısının 2005-ci il 16 sentyabr tarixli Fərmanına əsasən, Milli Bankın nəzdində İpoteka Fondunun yaradılması, fond haqqında Əsasnamə, İpoteka Fondundan kreditlərin verilməsi qaydaları, agent bankların siyahısının müəyyənləşdirilməsi və s. sənədlərin layihələri hazırlanıb yaxın vaxtlarda Prezidentin İcra Aparatına təqdim ediləcəkdir.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, ilin sonunadək ipoteka mexanizmini işə salmaq mümkün olacaqdır. Cari ilin dövlət büdcəsində bu məqsədlə 30 milyard manat, gələn ilin büdcəsində isə 100 milyard manat vəsait nəzərdə tutulmuşdur. İpoteka kreditləşməsinə yönəldilən vəsaitin həcmi davamlı olaraq artacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:56]
ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]