Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqlimşünas alim: Qlobal istiləşməyə əsas səbəb atmosferə atılan karbon qazının miqdarının kəskin artmasıdır

İqlimşünas alim: Qlobal istiləşməyə əsas səbəb atmosferə atılan karbon qazının miqdarının kəskin artmasıdır

Bakı, 3 iyul, Xatirə Cəfərova, AZƏRTAC

Qlobal istiləşmə və onunla əlaqədar müasir iqlim dəyişmələri yaşadığımız dövrdə bəşəriyyəti narahat edən ən əsas problemlərdən biridir. Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a qlobal istiləşmənin gözləntilərindən danışıb. İqlimşünas alim Ümumdünya Meteorologiya Təşkilatı və dünyanın aparıcı proqnoz mərkəzlərinin 2024-cü ilin çox isti keçəcəyi haqqındakı xəbərdarlığı və bunun əsasən “El Nino” hadisəsinin aktivləşəcəyi ilə bağlı olduğu barədə məlumatları şərh edib.

Səid Səfərov qeyd edib ki, aparılan çoxsaylı tədqiqatlara əsasən, qlobal istiləşməyə əsas səbəb insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər parnik effekti yaradan qazlarının miqdarının durmadan artmasıdır. Sənayeləşmə dövründən başlayaraq yanacağa (neft, daş kömür, təbii qaz və s.) olan tələbatın durmadan yüksəlməsi ilə əlaqədar atmosferə atılan karbon qazının miqdarı kəskin artaraq son dövrlərdə təhlükəli həddə çatmışdır. Bunun nəticəsində Yerin şüalandırdığı uzundalğalı enerjinin getdikcə daha böyük hissəsi atmosferdəki karbon qazı və digər istilik effekti yaradan qazlardan geriyə əks olunur ki, bu da Yerin istilik balansını pozaraq qlobal istiləşməyə səbəb olur.

BMT-nin İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun 2022-il avqustun 9-da Cenevrədə yaydığı sonuncu 6-cı hesabatına əsasən, 1850-1900-cu illər ilə müqayisədə Yer kürəsinin orta illik qlobal temperaturu 1,1-1,2 dərəcə artıb. Müasir iqlim ssenarilərinə əsasən yaxın onilliklərdə qlobal temperatur artımının 1,5, hətta 2,0 dərəcəyə çatacağı gözlənilir. Temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir - ekstremal təhlükəli hadisələrin təkrarlanması artır, təbii zonaların yerdəyişməsi baş verdiyindən bitki və heyvanlar məhv olur.

Qlobal istiləşmə dağlarda qar örtüyü və buzlaqların sərhədinin durmadan yuxarı qalxmasına və bəzi yerlərdə tamamilə yox olmasına səbəb ola bilər ki, bu da bir çox regionlarda içməli su probleminə gətirib çıxaracaqdır.

“Azərbaycan ərazisində də qlobal istiləşmə öz təzahürlərini göstərməkdədir. İqlim norması 1961-1990-cı illərlə müqayisədə 1991-2020-ci illərdə havanın orta illik temperaturu orta hesabla 0,80 - 1,2 dərəcə artıb. Ən böyük artım isə avqust ayında müşahidə edilir ki, bu da bir çox hallarda davamlı və intensiv “isti hava dalğaları”, həmçinin ekstremal hava temperaturları ilə müşayiət olunur. Respublikanın əksər ərazilərində atmosfer yağıntıları iqlim normasına nisbətən azalsa da, ayrı-ayrı günlərdə müşahidə olunan anomal intensivli yağıntılar və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin (leysan, ildırım, dolu, qasırğa küləyi, sel, daşqın və s.) təkrarlanması artıb. Bu, özünü cari ilin may və iyun aylarında daha qabarıq göstərməkdədir. Temperaturun artması və yağıntıların azalması səbəbindən suya olan tələbatın artması fonunda, ölkənin su ehtiyatlarının azalması müşahidə edilir. Yaxın onilliklərdə istiləşmənin daha da sürətlənəcəyi ilə əlaqədar olaraq Azərbaycanda da yuxarıda qeyd edilən neqativ təzahürlərin daha da kəskinləşəcəyi ehtimal olunur”, - deyə alim bildirib.

S.Səfərov bildirib ki, dünya ekspertlərinin ümumi rəyi bundan ibarətdir ki, ən yaxın gələcəkdə atmosferə atılan parnik və digər zərərli qazlarının miqdarını kəskin azaltmaqla, qlobal temperaturu stabilləşdirmək, iqlim dəyişmələrinin miqyasını məhdudlaşdırmaq mümkündür və bu da inkişaf etmiş dövlətlərin imkanları daxilindədir.

Qlobal istiləşməni məhdudlaşdırmağın yeganə yolu dünyanın enerji balansında bərpa olunan enerjinin (külək, günəş və s. enerjiləri) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər parnik qazlarının miqdarının azaldılmasıdır. Bununla yanaşı, qlobal temperaturun dəyişməsinə dünya okeanında baş verən irimiqyaslı proseslər də nəzərəçarpacaq təsir göstərir. Bunlardan biri Sakit okeanın ekvatorial ərazilərində vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələridir. “La Nino” baş verdiyi zaman Sakit okeanın tropik və xüsusilə də ekvatorial hissəsində nisbətən isti səth axınları şərqdən qərbə doğru hərəkət edərək, Cənubi Amerikanın qərb sahillərində (Peru və Ekvador) “apvelling” hadisəsinə, yəni nisbətən soyuq dərinlik sularının səthə qalxmasına səbəb olur. Sahil sularının temperaturunun aşağı düşməsi orada yaşayan canlılar, o cümlədən əksər balıq növləri üçün münbit şərait yaratmaqla yanaşı, Peru və Ekvadorda quraqlığa, Avstraliya və İndoneziyanın əksər ərazilərində isə şiddətli yağıntılara və daşqınlara səbəb olur. Bəzən də okeandakı səth axınları istiqamətini kəskin dəyişərək, qərbdən şərqə doğru yönəlir ki, bu da “El-Nino” hadisəsinin baş verməsinə səbəb olur. Bu zaman nisbətən isti səth suları Cənubi Amerika sahillərinə yönəlməklə orada “apvelling” proseslərini xeyli zəiflədir və hətta su səthi temperaturunun nəzərəçarpacaq artımına şərait yaradır. Bu zaman Cənubi Amerikanın qərb sahillərində okeanın səviyyəsi 60 sm-ə qədər qalxa bilir. Suyun temperaturunun kəskin artması buradakı canlılar üçün əlverişsiz şərait yaratmaqla yanaşı, intensiv yağıntılara, qasırğalara və daşqınlara səbəb olur. Həmin dövrdə əks istiqamətdə yerləşən Avstraliya və İndoneziyanın əksər ərazilərində kəskin quraqlıq və meşə yanğınları müşahidə olunur. Qərbdən şərqə doğru hərəkət edən isti su kütləsi Sakit okeanın ekvatorial ərazilərində passat küləklərinin zəifləməsinə və beləliklə həmin ərazilərdə yağıntıların azalmasına və quraqlığa səbəb olur. “El Nino” hadisəsi yalnız ekvatorial Sakit okean regionuna deyil, kifayət qədər uzaq məsafələrdə yerləşən ərazilərin də hava və iqlim şəraitinə təsir edir. “El Nino” zamanı okean artıq istilik və rütubətin bir hissəsini atmosferə ötürdüyündən Yer kürəsinin qlobal temperaturu bir qədər arta bilir.

Hazırda son 3 ildə aktiv olan “La Nino” zəifləməkdə və öz yerini “El Nino”ya verməkdədir. Bununla əlaqədar dünya alimləri 2024-cü ildə qlobal temperaturun El-Nino səbəbindən daha 0,2 dərəcə artacağını, tropik və ekvatorial zonada yağıntıların azalmasını, quraqlığı və Avropanın şimalında qış aylarında şiddətli soyuqlar proqnozlaşdırırlar.

S.Səfərov qeyd edib ki, Yerin qlobal temperaturu sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq təxminən 1,2 dərəcə artıb. “El Nino”nun atmosferə əlavə istilik qatacağını nəzərə alaraq, alimlər Yer kürəsində temperatur artımının müvəqqəti olaraq Paris razılaşması ilə kritik hədd kimi qəbul edilmiş 1,5 dərəcəni aşmasından ehtiyatlanırlar. Lakin “El Nino” dünyanın müxtəlif ərazilərində özünü fərqli təzahür etdirir, yəni bəzi yerlərdə quraqlığa səbəb olsa da, digər yerlərdə şiddətli yağıntılara, sel və daşqınlarla müşayiət olunur. Hazırda “La Nino”nun zəifləyərək “El Nino”ya keçməsi Azərbaycan ərazisində intensiv yağıntılar, dolu düşməsi, daşqın və sel hadisələri ilə özünü büruzə verir və qarşıdakı 2-3 il ərzində də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar.

“Məlum olduğu kimi Xəzər dənizinə tökülən çay sularının 80 faizindən çoxu Volqa çayının payına düşür. Son illərdə apardığımız tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, Volqa çayının illik axımının artdığı dövrlər “El Nino”nun daha çox təkrarlandığı dövrlərə təsadüf edir. Bu baxımdan ən azı yaxın 2-3 il ərzində Xəzər dənizinin səviyyəsində müvəqqəti olsa da, müəyyən artım olacağını gözləmək olar”, - deyə alim bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp dron idxalına 100 faizədək rüsum tətbiq edib

Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Kuşner Qəzza danışıqları üçün Qahirəyə səfər edə bilər

On üç ölkə Bab əl-Məndəb boğazını müdafiə etmək üçün dəniz koalisiyasına qoşulub

Parkinson xəstəliyinin qeyri-adi erkən əlaməti müəyyən edilib

İtaliya yanvar ayından bəri əvvəlki iki ildə olduğundan daha çox miqrantı geri qaytarıb

Media: Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbə endiriblər

İnsanın psixi vəziyyəti bağırsaqlarındakı bakteriyalardan asılıdır

ABŞ-ın energetika naziri Hörmüz boğazından gündə 8-9 milyon barel neft daşındığını açıqlayıb

Fransada yanğınsöndürənlər təminatın zəif olması və kadr çatışmazlığına görə etiraz aksiyası keçirəcəklər

Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

ABŞ Yaxın Şərqə yeni aviadaşıyıcı göndərəcək

Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinin iki gəmisinə hücum edilib

Qahirədə ticarət mərkəzində partlayış olub - 3 nəfər ölüb, 17 nəfər yaralanıb

“Instagram” loqotipini dəyişib

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir

Musa Qurbanlı: Son oyunlardakı gərginliyə baxmayaraq, inamımızı itirməmişdik

Dünya çempionu "Barselona"nı PSJ-yə dəyişib

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

"Qarabağ"ın prezidenti: Möhtəşəm oyun alındı

Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb

İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb

Azərbaycanlı futbolçu Avropa Liqasında "Zaltsburq"a qol vurub

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Britaniyada qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda gənc rəssamların sərgisi açılıb

“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan istifadə etdi və qalib gəldi

Prezidentin Sərəncamı Naxçıvan üçün yeni investisiya dalğası yaradacaq - ŞƏRH

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB

Gürcüstan və Avstriya rəsmiləri Orta Dəhlizin strateji əhəmiyyətini müzakirə ediblər

Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb: Temperatur 38,1 dərəcəyə çatıb

Biləsuvarda 44 yaşlı kişi kəsici alətlə qətlə yetirilib – 16 yaşlı şübhəli saxlanıldı

Almaniya qalmaqallı bəyanatları ilə yadda qalan Peter Fişerin yerinə Gürcüstana yeni səfir təyin edib

Şelli Bransuik: Azərbaycan kosmos, süni intellekt və innovasiyalar sahəsində regional mərkəzə çevrilə bilər – MÜSAHİBƏ

Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib

Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Naxçıvanın sosial-iqtisadi inkişafına dövlət dəstəyi VİDEO

Naxçıvanın sosial-iqtisadi inkişafına dövlət dəstəyi VİDEO

® Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib

Bu saata olan əsas xəbərlər

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

Berlin divarının inşasından 65 il ötür: Almaniya tarixinin acı dərsləri və dinc sülh nümunəsi  REPORTAJ  VİDEO

Berlin divarının inşasından 65 il ötür: Almaniya tarixinin acı dərsləri və dinc sülh nümunəsi REPORTAJ VİDEO

AQTA bitki və palma yağlarının idxalçılarına xəbərdarlıq edib

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

Rusiyanın neft ixracı üzrə gəlirləri 12,5 faiz azalıb

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

Gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon aşkarlanıb

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir – ŞƏRH

AQTA-nın sədri istehsalat müəssisəsinin fəaliyyəti ilə tanış olub

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO

Tahir Baxşıyev 14 ildir baş məşqçisi olduğu klubla yeni müqavilə imzalayıb

“Dayanmadan çalışırlar, işlərinə məsuliyyətlə yanaşırlar” - Oğuzun ucqar kəndləri abadlaşdırılır VİDEO

“Dayanmadan çalışırlar, işlərinə məsuliyyətlə yanaşırlar” - Oğuzun ucqar kəndləri abadlaşdırılır VİDEO

Avropada elektrik enerjisinin istehsalında kömürün payı ən aşağı səviyyəyə düşüb

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır – Ekspert rəyi

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

Avropa İttifaqında istismar müddətini başa vurmuş avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minir

Monitorinq: Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınır

Narkotik vasitəni Azərbaycan ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb

Türkiyəli basketbolçu qardaşlar eyni komandada

İqtisadçı-ekspert: Naxçıvana ayrılan vəsaitlər regionun iqtisadi inkişafına güclü təkan verəcək

Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlir

Naxçıvan regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşağına çevrilir ŞƏRH

Azərbaycan diasporunun gəncləri 31-ci AFS Gənclər Assambleyasında

® “Expressbank” ASC tender elan edir – notbuk alışı

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

Qlobal təmiz enerji texnologiyaları bazarı 1,1 trilyon dolları keçib

Milli filmlərimiz necə qorunur? VİDEO

Milli filmlərimiz necə qorunur? VİDEO

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

Fransada yüzlərlə evsiz şəxs toplaşdıqları meydandan çıxarılıb

Tarixçi: Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Paracüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Naxçıvanın mövqeyi onu regional nəqliyyat və enerji qovşağına çevirmək imkanı yaradır - ŞƏRH

Hikmət Babaoğlu: Naxçıvanın yeni bağlantılar qovşağına çevrilməsi Azərbaycanın regional mövqeyini gücləndirəcək- ŞƏRH

Şahbuzun bəzi ərazilərinin elektrik enerjisi təchizatı dayandırılacaq

Azyaşlı öyrənənlər üçün ingilis dili imtahanına qeydiyyat başlayıb

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

“Petkim”in baş direktoru: Türkiyə neft-kimya sahəsində üstünlüklərə malikdir

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakıda nümayiş olunacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib VİDEO

Qazaxıstanda narkotik əleyhinə ilk tematik qatar işə salınıb

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

“Qarabağ” – “Dinamo” oyununa məhdud sayda bilet qalıb

“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə iki ixtisas üzrə tələbə qəbulu aparılır

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

Toxumçuluq haqqında
Azərbaycan Respublikasının Qanunu

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər – ŞƏRH

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb

Böyük Britaniya hökuməti Rusiya tankerinin ələ keçirilməsini müdafiə edib