İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ MƏDƏNİYYƏT İNSTİTUTUNUN KİTABXANASINDA AZƏRBAYCAN ÜZRƏ KİTAB KOLLEKSİYASI ZƏNGİNLƏŞDİRİLMİŞDİR
Bakı, 25 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun kitabxanasına Azərbaycan üzrə kolleksiyanı zənginləşdirmək məqsədi ilə ölkəmizin dövlətçiliyi, tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, adət və ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair yeni kitablar və elektron nəşrlər göndərmişdir.
Kolleksiyaya “Heydər Əliyev və mədəniyyət” 3 cildliyi, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” 2 cildliyi, “Heydər Əliyev və Şərq. İKT dövlətləri”, “İlham Əliyevin uğurlu ekoloji siyasəti”, A.Mirzəzadənin “Azərbaycan, zaman, inkişaf”, “Armenian terror”, “Khocaly: Martyrs and Witnesses”, “Qarabagh war”, “Kharabakh: yesterday and today”, “Bizi əsirlikdən qurtarın. Release us from captivity”, Əziz Ələkbərlinin “Qərbi Azərbaycan abidələri”, “Преступления армянских террористических и бандитских формирований против человечества (XIX-XXI вв.)”, “National Parks of Azerbaijan”, Cəfərqulu Rüstəmovun “Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı”, “Монументы Азербайджана”, “Kitabi-Dədə Qorqud” və sair kitabları, habelə “Azərbaycan Respublikasının Dövlət Himni”, “This is our Azerbaijan”, “Azerbaijan motifs”, “The cloth peddler”, “O olmasın, bu olsun”, “Gara Garayev. Selected works” elektron nəşrlər, CD və DVD və sair daxil edilmişdir.