Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİ İNKİŞAF NAZİRİ HEYDƏR BABAYEVİN MƏRUZƏSİ

- Hörmətli cənab Prezident!

- Xanımlar və cənablar!

2004-cü ilin fevral ayında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi ölkəmizin iqtisadiyyatında və inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur.

Bugünkü konfransın əsas məqsədi Proqramın icrasının ikinci ilinin yekunları barədə fikir mübadiləsi aparmaqdan, mövcud vəziyyəti təhlil etməkdən, qarşıda duran vəzifələrin həllini sürətləndirməkdən ibarətdir. Bu tədbirdə möhtərəm cənab Prezidentin şəxsən iştirakı regionların inkişafına verilən əhəmiyyətin və diqqətin bariz nümunəsidir.

Hörmətli konfrans iştirakçıları!

Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində müxtəlif amillərin təsiri altında ölkəmizdə dərin sosial-iqtisadi böhran vəziyyəti yaranmış, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tənəzzülə uğramış, əhalinin güzəranı pisləşmişdi. Ermənistanın hərbi təcavüzünün nəticələri, o cümlədən doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın Azərbaycanın müxtəlif bölgələrinə üz tutması sosial-iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmuş, işsizliyin səviyyəsini daha da artırmışdı.

Ümummilli liderimiz Heydər Əliyev bu problemlərin həlli məqsədi ilə həmişə regionların inkişafına xüsusi diqqət yetirmiş, onun bilavasitə təşəbbüsü ilə rayonların istehsal potensialının bərpa edilməsi, torpaq islahatının aparılması, aqrar sahənin vergilərdən azad edilməsi, müxtəlif qanun və proqramların qəbulu və həyata keçirilməsi baxımından çox əhəmiyyətli işlər görülmüşdür.

Təbii ki, цlkəmizin sosial-iqtisadi inkişafı sürətləndikcə, qarşımızda duran vəzifələr də mahiyyət etibarilə dəyişir. Bu vəzifələrdən biri də ölkə iqtisadiyyatının tarazlığının təmin edilməsindən, regionların inkişafının sürətləndirilməsindən ibarətdir. Məhz bu səbəbdən prezident seçkiləri zamanı cənab İlham Əliyev regionların inkişafını, 5 il ərzində 600 min iş yerinin açılmasını özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmiş və seçkilərdən az sonra, 2004-cü ilin fevral ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etmişdir.

Bununla yanaşı, ötən ilin avqust ayında Quba-Xaçmaz iqtisadi rayonunun, habelə Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının, sentyabr ayında cənub bölgələrinin, oktyabr ayında isə Aran zonasının bir sıra rayon və şəhərlərinin inkişafı ilə bağlı əlavə tədbirlər barədə 4 xüsusi Sərəncam imzalanmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2005-ci ildə də ölkə başçısı regionların inkişafını daim diqqət mərkəzində saxlamış, 20-yə yaxın şəhər və rayonda, habelə Naxçıvan Muxtar Respublikasında səfərlərdə olmuş, istehsal və xidmət müəssisələrinin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak etmişdir. Sözsüz ki, rayonların sosial-iqtisadi inkişafına göstərilən bu münasibət proqramın uğurlu icrasının həlledici amili olmuşdur.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin mühüm bir hissəsi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Qeyd etməliyəm ki, ötən iki il ərzində Milli Məclis tərəfindən regionların inkişafına yönəldilmiş xeyli qanun qəbul edilmişdir. Bu il də yeni qanunların qəbul olunması, mövcud qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcəkdir.

Regionların inkişafının ən mühüm şərtlərindən biri ümumi makroiqtisadi mühitin əlverişli olmasıdır. 2005-ci ildə makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, iqtisadiyyatın idarə edilməsinin təkmilləşdirilməsi, energetika və su sektorlarında maliyyə intizamının gücləndirilməsi, dolayı subsidiyaların azaldılması, iqtisadi cəhətdən əsaslandırılmış tariflərin və qiymətlərin müəyyənləşdirilməsi, bank sisteminin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, əmək haqqı və pensiyaların artırılması istiqamətində ardıcıl və mütəmadi tədbirlər keçirilmişdir. Bunun nəticəsində 2005-ci ildə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) istehsalı cənab Prezidentin qeyd etdiyi kimi, 26 faizdən çox artmış, onun adambaşına düşən həcmi 1518 ABŞ dolları təşkil etmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 76 faizə çatmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, proqram qəbul edildikdən sonra bütün dövlət idarəetmə orqanlarında regionlara olan münasibət köklü şəkildə dəyişmiş, regional inkişaf həyata keçirilən iqtisadi siyasətin əsas hədəfinə çevrilmişdir. Təsadüfi deyil ki, dövlət büdcəsi hesabına həyata keçirilən proqramlarda regionların xüsusi çəkisi durmadan və ilbəil artır.

Məsələn, 2005-ci ildə dövlət investisiya xərclərinin təxminən 75 faizi regionların inkişafına yönəldilmiş, Heydər Əliyev adına Vayxır hidroqovşağının, Gəncə aeroportunun, Astara-Qazıməmməd qaz kəmərinin inşası, eləcə də digər əhəmiyyətli layihələr həyata keçirilmişdir. Cari ildə dövlət büdcəsinin vəsaitləri hesabına Tovuzçay su anbarının, Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya İnstitutunun inşası, Masallı-Yardımlı, Quba-Xınalıq avtomobil yollarının çəkilməsi və digər layihələrin başa çatdırılması planlaşdırılır.

Dövlət Proqramı qəbul edildikdən sonra bütün bölgələrdə yeni-yeni müəssisələr fəaliyyətə başlayır, quruculuq və abadlıq işləri uğurla davam etdirilir. Təkcə 2005-ci ildə Sumqayıt şəhərində un məmulatları istehsal edən “Bismak” müəssisəsi, Şamaxıda “Star LTD” televizor zavodu, Şəkidə meyvə şirəsi və başqa kənd təsərrüfatı məhsulları istehsal edən konserv zavodları, Qəbələdə “Gilan” tikinti materialları istehsalı kompleksi və konserv zavodu, Oğuzda və Astarada yeni konserv zavodları, İsmayıllıda “Green House” istirahət kompleksi, Sabirabadda “Muğan” klinikası, Gəncədə “Oka” avtomobilyığma zavodu, Naxçıvanda beton zavodu və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Bu müəssisələrin siyahısını yenə də davam etdirmək olar. Bunların sayı çoxdur və bölgələrimizdə daim belə müəssisələrin yaradılmasının şahidi oluruq.

Ümumiyyətlə, ötən il regionlarda 160 emal müəssisəsi, 300-dən çox tikinti müəssisəsi, 200-ə yaxın kənd təsərrüfatı müəssisəsi, 900-ə yaxın ticarət və xidmət müəssisəsi açılmışdır. Mən diqqətinizi bir daha cəlb etmək istəyirəm ki, bu, ancaq bir ilin nəticələridir.

Yeni emal müəssisələrinin fəaliyyətə başlaması, habelə cənab Prezidentin təşəbbüsü ilə kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin müddətinin 2008-ci ilədək uzadılması, dövlət büdcəsinin vəsaitləri hesabına texnika və gübrə alınaraq, əlverişli şərtlərlə fermerlərə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına, regionlarda əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir göstərmişdir. Ümumilikdə, görülən işlərin nəticəsində indiyədək 346 mindən çox iş yeri açılmışdır ki, bunun da 173 mini daimi iş yeridir.

Dövlət Proqramında irəli sürülmüş ən mühüm vəzifələrdən biri rayonlarda kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsindən, infrastruktur təminatının yaxşılaşdırılmasından ibarətdir. Ötən il regionlarda 155 kilometr uzunluğunda elektrikötürmə xətləri çəkilmiş, 64 ədəd yeni yardımçı stansiya tikilmiş, 600-dən çox transformator quraşdırılmışdır. Bu yaxınlarda cənab Prezidentin iştirakı ilə Astarada modul tipli elektrik stansiyası istifadəyə verilmişdir. Bu il ərzində Naxçıvanda, Şəkidə və Xaçmazda da belə stansiyaların inşası başa çatdırılacaqdır.

Qazla təminatı daha da yaxşılaşdırmaq məqsədi ilə Naxçıvanın qaz şəbəkəsinin yenidən qurulması işləri aparılmış, əhalini uzun illərdən bəri ən çox narahat edən məsələ həll edilmişdir. Belə ki, 2005-ci ildə Naxçıvan, Culfa, Ordubad, Şərur, Babək, Şahbuz və Kəngərlinin, habelə İmişli rayonunun qazlaşdırılması əsasən başa çatdırılmışdır. Ümumiyyətlə, 2005-ci il ərzində təxminən 500 min poqonmetr yeni qaz kəməri çəkilmişdir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq, 2006-cı ildə Lerik və Yardımlının, 2007-ci ildə isə Beyləqan və Ağcabədinin qaz təchizatı təmin ediləcək ki, bununla da bütün bölgələrin qazlaşdırılması işi başa çatdırılacaqdır.

Regionlarda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 75 kilometr uzunluğunda yeni su xətləri, habelə 19,6 kilometr uzunluğunda kanalizasiya xətləri tamamlanmışdır. Bununla yanaşı, rayon və şəhərlərdə 4 qazanxananın istifadəyə verilməsi, 10 qazanxanada isə əsaslı təmir işlərinin aparılması bölgələrdəki əhalinin istilik təminatının yaxşılaşdırılması istiqamətində müsbət irəliləyiş olduğunu göstərir.

Proqramda nəzərdə tutulduğu kimi, rayonlararası və rayondaxili yolların bərpası və inkişafı ilə əlaqədar regionlarda bir sıra işlər görülmüşdür. Belə ki, Gəncə-Qazax avtomobil yolu layihəsinin Gəncə-Şəmkir hissəsi və 56 kilometrlik Lənkəran-Lerik avtomobil yolu müasir standartlara uyğun təmir edilərək istifadəyə verilmişdir. Culfa-Ordubad avtomobil yolunun 18 kilometrlik hissəsində asfalt-beton örtüyü bərpa olunmuş, Biləsuvar-İran sərhədi avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası yolların yenidən qurulması üçün 70 milyard manat vəsaitin ayrılması nəticəsində bütün rayonlarda yolların əsaslı və cari təmir işlərinin aparılması mümkün olmuşdur.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm müddəalarından olan yeni iş yerlərinin açılması, əsasən, özəl sektorun inkişafı, sahibkarların səmərəli fəaliyyəti sayəsində təmin edilir. Bununla əlaqədar olaraq, dövlət büdcəsində sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılır, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülür.

Böyük məmnuniyyətlə belə bir məlumatı diqqətinizə çatdırmaq istərdim ki, - bunu bəzi qəzetlər də artıq dərc ediblər, - bizim təqdim etdiyimiz materiallar əsasında Britaniyanın nüfuzlu “Financial Times” qəzetinin “FDİ Magazine” jurnalının qərbi MDB şəhərləri arasında apardığı sorğunun birinci turunun yekunlarına görə, Bakı şəhəri birbaşa investisiya cəlbediciliyinə görə birinci yeri tutmuşdur. Bu, çox yaxşı xəbərdir və böyük nailiyyətdir. Yeni bir müraciət əsasında hazırda Şərqi Avropa şəhərləri arasında aparılan analoji sorğuda da paytaxtımızın birinci yer tutmaq üçün real şansı vardır. Yəqin ki, bu günlərdə bu sorğunun nəticələri elan ediləcəkdir.

2005-ci ildə Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış 200 milyard manatın təxminən 90 faizi regionlardakı layihələrin maliyyələşdirilməsinə yönəldilmiş, bünün nəticəsində 17 mindən çox iş yeri yaradılmışdır. Bu layihələrin 90,7 faizi istehsal və emal, 5,4 faizi turizm, 3,9 faizi xidmət sahələri və digər sahələrlə bağlıdır.

Yeri gəlmişkən, konfrans iştirakçılarına xatırlatmaq istərdim ki, bu il vəsaitlərin 2 dəfə artırılması ilə bərabər, onların paylanması mexanizminin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Cənab Prezident, Sizin göstərişinizlə bağlı artıq yeni qaydalar hazırlanmış və təqdim olunmuşdur.

X X X

Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı NAZİM İBRAHİMOV vurğuladı ki, iqtisadiyyatda son onillikdə əldə edilmiş nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. İctimai-siyasi həyatımızın bütün sahələrində qazanılmış bu nailiyyətlər hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq tamamilə yeni istiqamətdə müvəffəqiyyətlə davam və inkişaf etdirilir. Respublikamızın regionlarında, o cümlədən Şəkidə son illər həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sosial-iqtisadi inkişaf sürətlənmiş və sahibkarlığın inkişafında ciddi uğurlar qazanılmışdır. Belə ki, 2005-ci ildə rayonda iqtisadiyyatın əsas sahələrində məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 18,1 faiz artaraq 95.316.4 min manat təşkil etmişdir.

Möhtərəm cənab Prezident, Siz həmişə rayon icra hakimiyyəti başçılarından haqlı olaraq tələb edirsiniz ki, regionların sosial-iqtisadi inkişafı prosesində dövlət vəsaitləri ilə yanaşı, sahibkarların potensialından və onların vəsaitlərindən səmərəli istifadə edək. 2005-ci ildə rayonda icra hakimiyyətinin bilavasitə təşəbbüsü nəticəsində sahibkarların vəsaiti hesabına istehsal gücü 16 milyon şərti banka olan 1 milyon 700 min manat dəyərində konserv zavodu, istehsal gücü 20 milyon ədəd olan 3,5 milyon ABŞ dolları dəyərində kərpic zavodu, 300 min manat dəyərində “Şəki şirələri istehsal kommersiya” zavodu, habelə uzun illərdən bəri inşası yarımçıq qalmış idman sağlamlıq mərkəzi daxili imkanlar hesabına istifadəyə verilmişdir.

Həmin dövrdə dövlət vəsaiti hesabına Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsi üçün inzibati və yardımçı binalar, Əlillərin bərpa mərkəzi, Şin çayı üzərindən 12 milyon manat dəyəri olan 169 metr uzunluğunda körpü istifadəyə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binası tikilmişdir. Şəhərin mərkəzində müasir mehmanxana binasının, “Gələrsən-görərsən” və “Soyuqbulaq” ərazilərində istirahət komplekslərinin inşası davam etdirilir ki, bu da 500 yeni iş yerinin açılması deməkdir.

Ümummilli liderimiz Heydər Əliyevin şəkililərə diqqət və qayğısının nəticəsi olaraq, 2002-ci ildə fəaliyyətini bərpa etmiş “Şəki-İpək” ASC-də inkişaf dinamizmi qorunub saxlanılmış, müəssisənin xammalla təchizatı məqsədi ilə baramaçılıq və pambıqçılıqla məşğul olan rayonlarla, kənd təsərrüfatı subyektləri və fermerlərlə əlaqələr qurulmuşdur. Hazırda 1482 nəfərin çalışdığı müəssisənin baramaaçan istehsalatının 2 növbəli iş rejiminə keçirilməsi nəzərdə tutulur ki, bu da əlavə 600 nəfərin daimi işlə təmin olunmasına şərait yaradacaqdır.

Rayonun dağlıq və dağətəyi yerlərində zəngin çınqıl, qum və başqa tikinti materialları vardır. İcra hakimiyyətinin təşəbbüsü ilə “Tikinti materialları kombinatı” ASC tərəfindən dəyəri 500 min ABŞ dolları olan və saatda 90 kubmetr daş doğrayan avadanlıq quraşdırılaraq istifadəyə verilmiş, kombinatın ərazisində istehsal gücü saatda 100 ton, dəyəri 300 min ABŞ dolları olan asfalt-beton zavodunun quraşdırılması başa çatdırılmışdır ki, bu da 50 nəfər üçün yeni iş yerinin yaradılmasına imkan vermişdir.

Şəkidə fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən 2005-ci ildə 4501 subyektə 8682,5 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 51 subyektə 899,1 min manat kredit verilmişdir. Keçən illə müqayisədə kreditlərin həcmi müvafiq olaraq 2,2 və 1,5 dəfə, ümumilikdə subyektlərin sayı isə 1925-ə çatmışdır.

Ümumiyyətlə, əvvəlki illə müqayisədə, 2005-ci ildə əsas kapitala yönəldilən investisiyaların həsmi 29856,3 min manat artaraq 46922,7 min manat olmuşdur ki, onun da 70 faizi sənaye müəssisələrinə qoyulmuşdur.

Ötən il təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə tikintisinə başlanan və hazırda ulu öndərin adını daşıyan 640 yerlik Kiş kənd orta məktəbi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə 3 məktəb binası, iş adamının təşəbbüsü ilə 1, ümumilikdə isə 6 məktəb binası inşa edilərək istifadəyə verilmişdir ki, bu da 100 müəllimin işlə təmin olunmasına şərait yaratmışdır. Bunlarla yanaşı, sahibkarların köməyi ilə 10 kəndə 14 min əhaliyə xidmət göstərən, ümumi uzunluğu 30 kilometr içməli su xətti çəkilmişdir.

Proqrama uyğun olaraq, Şəki rayonunda 7068 iş yerinin açılması nəzərdə tutulmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində 2004 və 2005-ci illər ərzində 3578 yeni daimi iş yeri açılmışdır. Göründüyü kimi, cəmi 2 il ərzində proqramda nəzərdə tutulan ümumi iş yerlərinin 49 faizi artıq açılmışdır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı NATİQ MƏMMƏDOV rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi, tikinti-quruculuq və abadlaşdırma işlərinin getdikcə genişləndirilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü bildirdi, ötən il rayon iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə əldə edilmiş göstəriciləri diqqətə çatdırdı. O dedi ki, 2005-ci ildə ondan əvvəlki illə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalı 12,4 faiz artmış, Dövlət Proqramına uyğun olaraq taxılçılığın, heyvandarlığın və üzümçülüyün inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi əsasən təmin olunmuşdur. Prezidentin göstərişi əsasında, Şamaxı rayonu üçün ənənəvi və gərəkli sahə hesab olunan üzümçülüyə və şərabçılığa münasibətin dəyişməsi meyilləri açıq-aşkar hiss edilməkdədir. Hazırda rayonda yeni üzümlüklər salınır, təzə minişərab zavodları quraşdırılır.

Aqrar sahədə əldə edilmiş bu uğurlarla yanaşı, görülən məqsədyönlü tədbirlər nəticəsində Şamaxının iqtisadiyyatında sənayenin xüsusi çəkisi də ildən-ilə artmaqdadır. Açılışında dövlətimizin başçısının şəxsən iştirak etdiyi televizor istehsalı zavodundan sonra Şamaxıda minik avtomobilləri və məişət cihazları istehsal edəcək nəhəng zavodların da tikintisinə başlanılmışdır. Yaxın zamanlarda həmin mühüm istehsal obyektləri istifadəyə veriləcək və orada yüzlərlə şamaxılı daimi işlə təmin ediləcəkdir.

Ümumiyyətlə, 2004-cü ilə nisbətən ötən il rayon üzrə sənaye məhsulu istehsalı 115,4 faiz, ümumi məhsul buraxılışı 73,5 faiz artmışdır. Daha sevindirici fakt isə budur ki, 2005-ci ildə Şamaxı rayonu üzrə investisiya qoyuluşu 2004-cü illə müqayisədə 127 faiz çoxalmışdır. Bütün bunların bəhrəsi kimi, son dövrlərdə Şamaxıda əhalinin məşğulluq səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmış, rayonda 50-dək yeni müəssisə yaradılmışdır. Bunların nəticəsində 2005-ci il ərzində rayon üzrə 2333 yeni iş yeri açılmışdır ki, bunun da 669-u daimi iş yerləridir. Ümumiyyətlə, Dövlət Proqramının icrasına başlanandan bəri Şamaxıda 4537 yeni iş yeri, 1661 daimi iş yeri yaradılmışdır.

Cənab Prezident, Sizin dəstəyiniz və qayğınız sayəsində son iki il ərzində Şamaxı şəhərində bu vaxta qədər görünməmiş miqyasda tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Təkcə ötən il Şamaxı şəhərinin 14 küçəsinə asfalt döşənmiş, bir çox kəndlərə gedən yollar təmir edilmişdir. Şamaxı şəhərinin giriş qapısı sayılan Seyid Əzim Şirvani küçəsində başdan-başa dekorativ hörgü işləri görülmüş və həmin küçədə metal şəbəkələr quraşdırılmışdır. Şamaxıda qısa müddət ərzində 4 park salınmış və 24 mənzilli yaşayış binası tikilərək istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun köməyi ilə rayonda iki məktəb binası əsaslı təmir edilmiş, 3 yeni məktəb binası və gənc məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binası tikilmişdir.

Möhtərəm cənab Prezident, Şamaxı bu gün dəyişir, yeniləşir və sürətlə inkişaf edir. Bütün bunlar üçün həmişə müdrik Heydər Əliyev siyasi xətti ətrafında birləşən və bu gün Sizin başçılığınız altında dövlətimizə, dövlətçiliyimizə sədaqət nümunəsi göstərən şamaxılıların Sizə bir daha minnətdarlıqlarını çatdırmaq istəyirəm. Biz əldə olunmuş təcrübəyə əsaslanaraq, 2006-cı və ondan sonrakı illərdə daha intensiv və səmərəli fəaliyyət göstərəcək, vətənimizin, respublikamızın daha da tərəqqisi naminə verdiyiniz bütün tapşırıqlara yüksək səviyyədə əməl edəcəyik.

Diqqətinizə görə minnətdaram.

Asiya İnkişaf Bankının Azərbaycan ofisinin rəhbəri METYU VESTFAL son 10 il ərzində Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafını regionda və dünyada analoqu olmayan bir hal kimi dəyərləndirdi və təmsil etdiyi maliyyə qurumunun regionların sosial-iqtisadi inkişafı Proqramına dəstəyindən danışdı.

Dövlət Proqramının ikinci ildönümünə həsr olunmuş konfransda Asiya İnkişaf Bankı adından iştirak etməsini özü üçün böyük şərəf hesab edən ofisin rəhbəri dedi ki, son 10 il ərzində biz hamımız Azərbaycanda olduqca böyük iqtisadi inkişafın şahidi olmuşuq. Orta hesabla bu inkişaf hər il 10 faiz təşkil etmişdir. 2006-cı ildə bu artım misli görünməmiş bir həddə, 30,5 faizə çatacaqdır. Hazırda ölkədə yüksək səviyyədə kapital qoyuluşu həyata keçirilir. Makroiqtisadi şərait sabitdir. Hökumət inflyasiyanı nəzarətdə saxlamaqda qətiyyətlidir. Bu böyük inkişafa baxmayaraq, yoxsulluq tamamilə aradan qalxmayıb. Şəhərlər və regionlar arasında gəlirlərdə, iş tapmaq imkanı, əsas xidmətlərdən istifadə sahəsində böyük fərq vardır. Azərbaycan hökuməti inkişaf qarşısında belə problemlərin mövcudluğunu qəbul edir. O, bir çox əhəmiyyətli iqtisadi inkişaf proqramının həyata keçirilməsi istiqamətində müsbət addımlar atır.

İki il bundan qabaq təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu təşəbbüslər içərisində ən önəmlilərindəndir. Bu proqramın məqsədi regionlarda və kənd təsərrüfatı rayonlarında yaşayan insanlar, xüsusilə yoxsul təbəqə üçün yeni biznes imkanları və iş yerləri yaratmaqla onların həyat şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Təbii sərvətlərdən daha səmərəli istifadənin yaxşılaşdırılması və elektrik enerjisi, səhiyyə, təhsil, su təchizatı kimi əsas xidmət sahələrindən faydalanmanın təmin edilməsi də bu məqsədlər içərisindədir.

Asiya İnkişaf Bankı da inkişaf sahəsində Azərbaycanın tərəfdaşıdır və qeyri-neft sektorunda, xüsusilə regionlarda yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində ölkənizin məqsədlərinə şərik çıxır. Biz proqramın məqsədlərinə çatmaq üçün səylərin əlaqələndirilməsi sahəsində hökumət və dövlət orqanları ilə yaxından əməkdaşlıq edirik. Bu gün bankın fəaliyyəti regional inkişafa kömək etməkdən ibarətdir. Asiya İnkişaf Bankı Ağdaş, Göyçay və Naxçıvanda su təchizatı sisteminin yaxşılaşdırılması üçün 30 milyon ABŞ dolları həcmində kredit ayırmışdır. Eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün 52 milyon ABŞ dolları ayrılmışdır. Bu sonuncu proqram nəqliyyat, ticarət sistemini inkişaf etdirəcək, yeni iş yerləri yaradacaq və regionlarda yaşayan insanların bazarlara və sosial xidmətlərə çıxışına xidmət edəcəkdir. Bundan başqa, Asiya İnkişaf Bankının köməyi ilə 412 məcburi köçkün ailəsi məktəb binalarından yeni yaşayış evlərinə köçürülmüşdür. Eyni zamanda, məktəblərdə bərpa işləri aparılmış və onlar öz ilkin istifadə təyinatına qaytarılmışdır.

Asiya İnkişaf Bankının regionlara diqqəti artmaqdadır. Hazırda bank şəhərlərin inkişaf layihəsinə əsas texniki yardım göstərməkdədir. Asiya İnkişaf Bankının gələn il, xüsusilə regionların inkişafı üçün kapital qoyuluşu 220 milyon dollar təşkil edəcəkir. Bununla yanaşı, digər maliyyə təşkilatlarının və hökumətin dəstəyi ilə bu məbləğin 455 milyon dollardan artıq olması gözlənilir.

Bundan başqa, Asiya İnkişaf Bankı 2007-2009-cu illər üçün strateji yardım proqramı hazırlayır ki, bunun da məqsədi regional inkişaf proseslərini daha da sürətləndirməkdir. Bu da regionların inkişafı üzrə dövlətin uzunmüddətli strategiyasına və yoxsulluğun azaldılmasına uyğun gəlir. Bir daha bildirmək istəyirəm ki, bankımız inkişaf sahəsində etibarlı tərəfdaşdır və regionlarda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılmasında hökumətin səylərini dəstəkləməkdə davam edəcəkdir. Konfransa öz işində uğurlar arzulayıram.

Xaçmaz rayonunda “N-KAY-M KLİNİK” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri NATİQ MÜTƏLLİMOV regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Xaçmaz rayonu üçün də geniş perspektivlər açdığını vurğuladı. O bildirdi ki, ictimai-siyasi həyatımızın yüksəlişi baxımından uğurla başa çatmış 2005-ci ildə Dövlət Proqramının icrası istiqamətində Xaçmaz rayonunda da xeyli iş görülmüş, 6 min yeni iş yeri açılmışdır. Bu istiqamətdə işlər uğurla davam etdirilir. Prezidentimizin sahibkarlığın inkişafına göstərdiyi qayğıya cavab olaraq, rayon rəhbərliyi tərəfindən özəl sektorun inkişafına hər cür şərait yaradılır.

2005-ci il iyulun 26-da rayonumuza səfəriniz və onun yekunu olaraq imzaladığınız Sərəncam görülən işlərin miqyasını bir qədər də artırmışdır. Xaçmazlı şəhidlərin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanı, yeni mədəniyyət və istirahət parkı, 1,8 kilometr uzunluğunda geniş və işıqlı prospekt salınmış, küçə və meydanlar müasir qaydada işıqlandırılmışdır. Ulu öndərimizin rayonumuza gələrkən ziyarət etdiyiniz təkrarsız abidəsinin və bölgədə bənzəri olmayan muzeyinin yerləşdiyi Heydər Əliyev parkı əhalinin və şəhərimizin qonaqlarının sevimli güşəsinə çevrilmişdir. Ən əhəmiyyətlisi isə odur ki, görülən işlər kampaniya xarakteri daşımır, ardıcıl olaraq davam və inkişaf etdirilir. Bir xaçmazlı kimi fərəhlə deyə bilərəm ki, bu gün rayonumuz geniş tikinti meydançasını xatırladır, abadlıq və quruculuq işləri hər yerdə hiss olunur.

Hörmətli cənab Prezident!

Çıxışlarınızın birində ifadə etdiyiniz bizim əsas vəzifəmiz bundan ibarətdir ki, iqtisadi inkişafın uğurları Azərbaycanın hər bir vətəndaşının, hər bir ailənin həyatında öz əksini tapsın” sözlərinizi özümüzə şuar edərək, ayda bir dəfə əhaliyə pulsuz xidmət göstərməyi, şəhid ailələrinə və Qarabağ əlillərinə, aztəminatlı ailələrə, uşaq evlərinə, kimsəsizlərə və qocalara yardım göstərməyi özümüz üçün borc hesab edirik.

Möhtərəm cənab Prezident, Sahibkarlığa Kömək Milli Fondundan layihənin həyata keçirilməsinə göstərdiyiniz qayğı və köməyə görə Sizə təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, qayğınız hədər getməyəcəkdir. Bundan sonra da var qüvvəmizlə çalışıb Sizin etimadınızı doğruldacağıq.

Sahibkarlığın inkişaf etdirilməsi yönündə dövlətimizin və Sizin yüksək qayğınıza görə bütün xaçmazlılar və tibb işçiləri adından Sizə dərin minnətdarlığımızı ifadə edir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Sonra çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti STENLİ ESKUDERO regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin Azərbaycanın iqtisadi yüksəlişini təmin edən çox əhəmiyyətli bir addım olduğunu vurğuladı. O dedi ki, iki il bundan qabaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş bu müfəssəl proqramın məqsədi paytaxtdan kənarda yaşayan insanların tələbatlarını təmin etmək, insanların rifahını yüksəltmək üçün qeyri-neft istehsal sahələrini inkişaf etdirməkdir.

Ən azı üç səbəbə görə, bu proqram Azərbaycanda iqtisadi inkişafı təmin etmək üçün atılmış zəruri və əhəmiyyətli addımdır. O, ölkənin paytaxtı ilə regionları arasındakı fərqi aradan qaldırmağa, insanların regionlardan iş tapmaq üçün mərkəzə gəlməsinin qarşısını almağa imkan verəcəkdir. Əgər bu proqram uğurla həyata keçirilərsə, insanların öz regionlarında işlə təmin olunmasına kömək göstərəcəkdir. İkincisi, proqramın həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına və yerli orta təbəqənin yaranmasına töhfəsini verəcəkdir. Orta təbəqənin yaradılması belə proqramların əsas məqsədlərindəndir. Qeyri-neft sektorunun inkişafı və orta təbəqənin yaranması ölkənin Hollandiya sindromuna düşməməsini təmin edəcəkdir. Üçüncüsü, bu proqram onu göstərir ki, hökumət həqiqətən də öz ölkəsinin rifahı üçün çalışır. Bu, Prezidentin öz fəaliyyəti dövründə 600 min yeni iş yerlərinin açılması ilə bağlı verdiyi vədə əməl etməsini təsdiq edir. Cənab Prezidentin qeyd etdiyi kimi, indiyədək ölkədə 340 mindən çox yeni iş yeri yaradılmışdır. Hesab edirəm ki, bu proqramın məqsədlərinin həyata keçirilməsi daha çox iş yerlərinin açılmasını təmin edəcəkdir.

Cənab Prezident, Azərbaycanda insanlar sahibkarlıq sahəsində son dərəcə böyük qabiliyyətə və istedada malikdirlər. Azərbaycan hökuməti, habelə Asiya İnkişaf Bankı kimi xarici qurumlar bu insanlara sahibkarlıq qabiliyyətlərini göstərmək üçün şərait yaratdıqca, onlar bundan istifadə edəcəklər. Beləliklə, bu proqram uğurla həyata keçdikcə, regionlardakı inkişafı aydın görəcəksiniz.

Proqramın məqsədi regionların inkişaf etdirilməsi olduğuna görə, nəticələrin araşdırılması onun uğurla həyata keçirilməsini müəyyən etmək üçün çox əhəmiyyətlidir. Konfransda çıxış edənlər hər bir konkret sahədə əldə olunan nəticələr barəsində öz fikirlərini söylədilər və bu, məndə xoş təəssürat yaratdı. Hökumət bu sahədə düzgün addımlar atmaqdadır. Regionlara investisiya qoyanlara vergi güzəştləri edir, yolların və elektrik stansiyalarının tikilməsini təmin edir. Bu isə regionların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Proqramın həyata keçirilməsi artıq öz nəzərəçarpan nəticələrini verməkdədir. Mən özüm regionlara bir neçə dəfə səfər etmişəm. Xəzər dənizinin sahilində yerləşən Nabran və Lənkəranda gözəl turist zonaları, turistlər üçün yeni mehmanxanaların inşası, Quba rayonunda dağ turizminin inkişafı üçün turist bazası, bütün ölkə ərazisində olimpiya-idman kompleksləri ilə tanış olmuşam. Şamaxıda televiziya istehsal edən zavod, Qəbələdə kərpic zavodu fəaliyyət göstərir, Qazaxda, Gəncədə, Naxçıvanda yeni-yeni istehsal müəssisələri istifadəyə verilibdir. Mən bundan artığını da deyə bilərdim, lakin ümumilikdə qeyd edə bilərəm ki, bu proqram öz səmərəsini verməkdədir.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri ABBAS BABAYEV çıxışında vurğuladı ki, müasir Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməli yaradılmış, ölkənin hərtərəfli inkişafında ciddi uğurlar qazanılmışdır. Bu strategiyanın indi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə dünyada lider olmuşdur.

Bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək mümkün deyildir. Əhalinin məşğulluğunun təmin edilməsi, yerli istehsalın artırılması, eləcə də regionların iqtisadi tarazlığına nail olunması baxımından sahibkarlığın inkişaf etdirilməsinin rolu böyükdür. Bu reallığı çox düzgün qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda sahibkarlar təbəqəsinin yaradılmasına xüsusi fikir verirdi.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sürətləndirilməsinə, əmək ehtiyatlarından və təbii resurslardan səmərəli istifadə edilməklə yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yaxşılaşdırılmasına geniş imkan yaratmışdır.

Möhtərəm Prezidentimizin son iki ildə 3 dəfə Naxçıvana səfər etməsi muxtar respublikanın iqtisadi və sosial inkişafında böyük əhəmiyyəti olan Heydər Əliyev su anbarı, Naxçıvan beynəlxalq hava limanı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Təbii Sərvətlər İnstitutu, Əlillərin bərpa mərkəzi, yeyinti sənaye kompleksi və s. obyektlərin açılış mərasimində iştirak edərək, görülən işləri yüksək qiymətləndirməsi bizi daha əzmlə çalışmağa səfərbər etmişdir. Muxtar respublikanın enerji təchizatı sisteminin yaxşılaşdırılması, qaz təminatının bərpası barədə dövlətimizin başçısının tapşırıqlarına müvafiq aparılan işlər diyarın sənaye potensialının daha da inkişaf etdirilməsinə öz layiqli töhfəsini verəcəkdir.

Sahibkarlığın inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğı iş adamlarını daha məqsədyönlü fəaliyyət göstərməyə ruhlandırır. Bütövlükdə sahibkarlığa dövlət köməyinin reallaşdırılmasına yönəldilmiş tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada istehsal olunan ümumi daxili məhsulun 82,9 faizi özəl bölmənin payına düşür.

Bu, onu göstərir ki, muxtar respublikada güclü sahibkarlıq təbəqəsi formalaşmaqdadır. Ən əsası isə sahibkarlıq fəaliyyəti istehsalın bütün sahələrini əhatə etmiş, qüvvə və ehtiyatları hərəkətə gətirməklə mövcud potensialdan səmərəli istifadəyə imkan vermişdir. Bunun nəticəsidir ki, daxili bazarda 45-dən çox adda ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbat, demək olar, yerli istehsal hesabına ödənilməkdədir. Bütün bu işlərin mərkəzində bir amal dayanır. Bu da ölkəmizin iqtisadi qüdrətinin artırılmasına öz töhfəmizi verməkdir. Əmin ola bilərsiniz ki, üzərimizə düşən bütün vəzifələrin yerinə yetirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edəcəyik.

Cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, ölkəmizin sosial-iqtisadi tərəqqisinə yönəldilmiş genişmiqyaslı quruculuq işlərinə, regionların, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, əhalinin rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Diqqətinizə görə sağ olun.

X X X

“Azəriqazbank”ın Müşahidə Şurasının sədri ÇİNGİZ ƏSƏDULLAYEV Dövlət Proqramının həyata keçirilməsində ölkədə fəaliyyət göstərən bankların və onların filial şəbəkələrinin rolundan bəhs edərək dedi ki, hazırda bank sistemində 129 kredit təşkilatı fəaliyyət göstərir. Bunlardan 44-ü bank, 85-i isə bank olmayan kredit təşkilatlarıdır. Bank aktivlərinin ümumi həcmi 2005-ci il dekabrın 1-nə 2,2 milyard yeni manata çatmışdır. 2004-cü illə müqayisədə 2005-ci ildə aktivlərin həcmi 35 faizə qədər artmışdır. Aktivlərin 55 faizi müştərilərə verilən kreditlərin, qalan 45 faizi isə digər aktivlərin payına düşür. Sevindirici haldır ki, son zamanlar banklarda kreditlərin uzun müddətə verilməsi ənənəsi artmışdır. Belə ki, əvvəlki ilə nisbətən 2005-ci ildə uzunmüddətli kreditlərin artımı 83 faizi təşkil etmişdir.

Kreditlərdən bəhs edərkən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kreditləri xüsusi vurğulamaq lazımdır. Fondun vəsaitinin sahibkarlıq subyektlərinə verilməsi məqsədi ilə 20 bank və 4 qeyri-bank kredit təşkilatı vəsaitlərin yerləşdirilməsi üzrə fəaliyyət göstərməkdədir. Belə ki, 2005-ci ildə müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaiti hesabına 2203 layihəyə 36,3 milyon manat həcmində kredit verilmişdir. Bundan istehsal və emal sahəsində 178 layihəyə 12,8 milyon manat, kənd təsərrüfatında 1767 layihəyə 13 milyon manat, kənd təsərrüfatı məhsullarının emalında 44 layihəyə 7,1 milyon manat, turizm və xidmət sahəsində 214 layihəyə 3,4 milyon manat kredit ayrılmışdır. Göründüyü kimi, kredit təşkilatları təqdim olunan layihələrin baxılmasında əsas yeri istehsala, emala və kənd təsərrüfatına vermişlər.

Eyni zamanda, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi istiqamətində Azərbaycan bankları tərəfindən bir sıra nüfuzlu beynəlxalq maliyyə təsisatlarından kredit vəsaitlərinin cəlb olunmasına dair müvafiq razılaşmalar əldə edilmişdir.

Hazırkı mərhələdə aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatını yaxşılaşdırmaqdan ibarətdir. Bunu nəzərə alaraq, cari ildə kənd təsərrüfatına maliyyə vəsaitlərinin axınını sürətləndirmək üçün lizinq sistemi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və əlavə dəyər vergisi ilə əlaqədar məsələlərə yenidən baxılması məqsədəuyğun olardı.

Hazırda respublikada fəaliyyət göstərən bank filiallarının sayı 374-ə çatmışdır. Bunlardan 177-si regionlardadır. 2006-ci il ərzində maliyyə-bank sisteminin dinamik inkişafının təmin edilməsi məqsədi ilə regionlarda bank xidmətlərinin kəmiyyət və keyfiyyət parametrlərinin daha da yaxşılaşdırılması, o cümlədən bank xidmətlərinin əhalinin bütün təbəqələrinə çatdırılması nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda ölkədə maliyyə-bank sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə respublikanın maliyyə qurumları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın inkişafı ilə bağlı ideyalarının reallaşması üçün bundan sonra da bütün qüvvələrimizi səfərbər edəcək və ümummilli liderimizin layiqli davamçısı kimi Sizin yürütdüyünüz siyasəti daim dəstəkləyəcəyik.

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev konfransa yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub