İQTİSADİ İNKİŞAF NAZİRİ LONDONDA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-25-də Londonda “Euromoney Global Borrowers and İnvestors Forum” adlı beynəlxalq konfrans keçirilmişdir. Qlobal kredit təşkilatlarının, sərmayədarların və maliyyə bazarı iştirakçılarının qatıldığı ənənəvi Euromoney konfransları hər il təşkil olunur.
Tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayev təmsil etmişdir.
Konfrans, əsasən, son aylarda dünya iqtisadiyyatında müşahidə olunan kredit böhranına və böhranın dünya maliyyə bazarlarına mümkün təsirlərinə həsr olunmuşdu. Orada bir çox məsələlər, o cümlədən qlobal maliyyə institutlarının mövcud vəziyyəti, ipoteka maliyyələşməsi, sərmayə bazarlarının gələcək inkişaf meyilləri, investisiya bankçılığı, risklərin idarə olunması, kredit reytinqlərinin yenidən modelləşdirilməsi, gələcəkdə infrastruktur layihələrinin maliyyələşdirilməsi, qiymətləndirmə müzakirə edilmişdir.
Heydər Babayev konfrans çərçivəsində bir sıra digər şəxslərlə, o cümlədən “Euromoney İnstitutional İnvestor” şirkətinin prezidenti Padraik Fallon və icraçı direktoru Riçard Ensorla görüşmüş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]